"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində sərgi təşkil edildi.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tərtib olunan Tədbirlər Planına uyğun olaraq məktəbin texnologiya müəllimləri Səbinə Sərkərova və Məryəm Şamxalovanın təşəbbüsü ilə yuxarı sinif şagirdlərinin əl işlərindən ibarət "Təbiətdən incəsənətə" mövzusunda sərgi təşkil olunub. Sərgidə müxtəlif nəsnələrdən yaradılmış kompazisiyalar təqdim edildi. Şagirdlərin yarpaq, qoza, salfetka, kağız və s kimi məmulatlardan hazırladıqları əl işləri seyircilərdə böyük maraq yaratmağı bacardı.
#ElmvəTəhsilNazirliyi #MUTDA #Məktəb157 #YaşılDünyaNaminəHəmrəylik