2024/2025-ci tədris ilinin yekunlarına dair sonuncu Pedaqoji Şura iclası keçirildi.

2024/2025-ci tədris ilinin yekunlarına dair sonuncu Pedaqoji Şura iclası keçirilib. İclası açıq elan edən məktəbin direktoru Fatma Əhmədova iclasın gündəliyində duran məsələləri pedaqoji heyətin nəzərinə çatdırmış, ilk olaraq çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq müddətli əmək müqaviləsinə xitam verilmiş müəllimləri qeyd edərək onlara sağlam teqaüd ömrü arzulayıb. Daha sonra bu il buraxılış imtahanında iştirak edərək ümumi orta və tam orta təhsil sənədləri almış şagirdlərdən məlumat vermişdir. Məktəbin direktor müavinləri Sevgili Nurəliyeva və Sevinc İsmayılova siniflər üzrə şagirdlərin keyfiyyət və müvəffəqiyyət faizlərini səsləndirdilər. Şagirdlərin təlimdə qazandıqları uğurlar, zəif nəticə göstərən şagirdlərlə görülmüş işlər barədə məlumat səsləndirildi. Uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyə işləri üzrə təşkilatçı Aynur Ələsgərova dərsə davamiyyət, şagird davranış qaydaları, növbətçilik fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi.
Təsərrüfat işləri üzrə direktor müavini Adil Həmidov cari tədris ilində məktəb invertarları, otaqların texniki vəziyyəti haqqında danışaraq görülən işlər barədə məlumat verib. Psixoloji xidmət istiqamətində məktəbin psixoloqları Vəfa Şükürova və Nərmin Namazova 2024/2025-ci tədris ilində aparılan fərdi və qrup işləri barədə geniş məlumatı pedaqoji heyətin nəzərinə çatdırdı.
Pedaqoji Şura iclası il ərzində təlim və tərbiyə çərçivəsində görülən işlərin müzakirəsi ilə yekunlaşdı.