HAQQIMIZDA

Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəb 1978-ci ildə inşa edilərək istifadəyə verilmişdir. 1978-ci ildən məktəb rus məktəbi olub, təhsil rus dilində aparılıb. Məlum hadisələrdən sonra məktəb beynəlmiləl məktəb olub. Həm Azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir. 157 nömrəli tam orta məktəbin məzunu olmuş Famil İsgəndər oğlu İsgəndərovun adını daşıyır. O, Binəqədi rayonundakı 157 nömrəli tam orta məktəbi bitirmişdir. Famil İsgəndərov Ağdərə və Tərtər bölgələrində gedən qanlı döyüşlərdə iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə İsgəndərov Famil İsgəndər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Oxuduğu 157 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub, yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.Məktəbdə hal-hazırda tədris həm azərbaycan, həm rus dilində aparılır. Məktəbdə 48 sinifdə  şagirdin təlim-tərbiyəsi ilə 126 nəfər müəllim məşğul olur. Məktəb 5 günlük,2 növbəlidir. Məktəbimiz  Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli 2298 nömrəli sərəncamı ilə 2011-2012 ci tədris ilində keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. 2014-cü ildə məktəb möhtərəm Prezidentimizin müvafiq sərəncamına əsasən əsaslı təmir edilmiş, fizika, kimya, biologiya laboratoriyaları, Mimio lövhələr, Prometan lövhələrlə təchiz edilmiş, yeni kompüterlər alınmış, istilik sistemi tamamilə dəyişilmiş, məktəb yeni avadanlıqlarla təmin edilmişdir. Dövlətimizin məktəbimizə göstərdiyi bu diqqət və qayğı müəllim və şagird kollektivi tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Məktəb ixtisaslı müəllimlərlə tam təmin edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi