Nailiyyətlərimiz

Vəliyev Həsən Ramil oğluİyulun 5-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Sevindiricidir ki, qaliblər arasında Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbin şagirdi də var. Belə ki, məktəbin IXç sinif şagirdi Vəliyev Həsən Ramil oğlu Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə uğur qazanaraq olimpiadanın qızıl medalına layiq görülüb. Onu da qeyd etmək istərdik ki, bu şagirdimizin ilk uğur qazandığı müsabiqə deyil. O bu günə qədər onlarla əhəmiyyətli müsabiqədə iştirak edərək uğur qazanmağı bacarıb. Gəlin, onların bir neçəsinə nəzər yetirək. 1. 16-21 aprel 2024-cü il tarixdə Bolqarıstanın Şumen şəhərində İnfromatika fənni üzrə yüksək səviyyəli turnirdə iştirak edərək gümüş medal qazanıb. 2. İCPC Azərbaycan simpoziumunda II dərəcəli diplomla təltif olunub. 3. Yeniyetmələrin Avropa İnfromatika Olimpiadasında ölkəmizi təmis edəcək komandanın tərkibində yer alır. Müsabiqənin avqust ayında Maldovada keçirilməsi nəzərdə tutulur. Şagirdimizə gələcək təhsil həyatında davamlı nailiyyətlər qazanmağı arzulayırıq.

Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyi münasibətilə keçirilən rəsm müsabiqəsiAzərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı və "Ofisait" mağazalarının sponsorluğu ilə məktəblilər arasında keçirilmiş müsabiqənin qaliblərinin bir qisminin (orta yaş) mükafatlandırılması 02.06.2021-ci il tarixində keçirilib. Şagirdlər içərisində 157 nömrəli məktəbin şagirdi Ocaqverdiyeva Məryəm də mərkəzin baş direktoru Tahir Əmiraslanov tərəfindən diplomla təltif olunub. Qaliblərə "OFİSAİT" mağazalar şəbəkəsi tərəfindən hədiyyələr təqdim edilib. Sonda məktəblilər özündə 30 illik şərəf yolunu əks etdirən muzeyimizlə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

"Yeniyetmə və gənclərin XI dünya çempionat"nın qalibi.Oktyabrın 23-dən 27-dək Çilinin Santyaqo şəhərində "Yeniyetmə və gənclərin XI dünya çempionat"ı keçirilmişdir.16-17 yaşlı gənclərin yarışında ölkəmizi təmsil edən gənclərdən biri də məktəbin 11b sinif şagirdi Məmmədli Hüseyn olmuşdur. O bu yarışda II yerin sahibi olmuşdur.

HAQQIMIZDA

Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəb 1978-ci ildə inşa edilərək istifadəyə verilmişdir. 1978-ci ildən məktəb rus məktəbi olub, təhsil rus dilində aparılıb. Məlum hadisələrdən sonra məktəb beynəlmiləl məktəb olub. H...

BİZİM FƏXRLƏRİMİZ

Fərid Əsgərli Şahin

Elnur Mahmudzadə Vasif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi