Kiçik Akademiya

Kiçik Akademiyanın "Nəsimi yaradıcılığı" üzrə tədqiqat işinin yekun tədbiri.Kiçik Akademiyanın “Humanitar” bölməsinin üzvləri ilə ədəbiyyat istiqamətində “Nəsimi yaradıcılığı" mövzusunda tədqiqat işinin yekun tədbiri keçirildi. İmadəddin Nəsiminin 650 illik yubliyeyi münasibəti ilə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu il Nəsimi ili elan edilmişdir. Bu münasibətlə akademiyanın ilk tədqiqat işi də məhz İmadəddin Nəsimi yaradıcılığı ilə bağlı olmuşdur. Kiçik Akademiya üzvlərinə "Nəsimi yaradıcılığı"mövzusunda tədqiqat işi tapşırıldı. 26 dekabr tarixində Kiçik Akademiyanın növbəti iclası zamanı şagirdlərin "Nəsimi yaradıcılığı" mövzusunda apardıqları tədqiqat işlərinin yekun qiymətləndirilməsi həyata keçirildi. Tədbir zamanı akademiya üzvləri öz tədqiqatlarını münsiflər heyətinə təqdim etdilər. Məktəb rəhbərliyi,fənn müəllimlərindən ibarət olan münsiflər heyəti çıxışları dinlədikdən sonra onlara öz münasibətlərini bildirdilər.Ən yaxşı tədqiqat işləri 1-2-3-cü yer olaraq müəyyənləşdirildi.

Ətraflı

" KİÇİK AKADEMİYA"NIN İLK KONFRANSI KEÇİRİLDİ.02.12.2019-cu il tarixində Kiçik Akademiya tərəfindən `Nəsimi ili` ilə əlaqədar növbəti tədbir keçirildi. Tədbirin məqsədi `Nəsiminin əsərlərinin düzgün izah edilməsi` ilə bağlı keçirilməsi qərarlaşdırılan müsabiqə barədə şagirdləri məlumatlandırmaq və müsabiqənin qaydalarının müəyyənləşdirilməsi olmuşdur. Müsabiqə üçün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti müəyyən edilmiş, izah edilməsi tələb edilən qəzəllər müəyyənləşdirilərək elan edilmişdir. Həmçinin müsabiqə üçün müraciət qaydaları, müsabiqənin keçirilməsi ilə bağlı müraciət. Dəyərləndirmə və nəticələrin elanı üçün nəzərdə tutulan müddətlər müəyyən edilmişdir. Həmçinin tədbir çərçivəsində məktəbin Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı müavin) Sevda Novruzova tərəfindən şagirdlərə araşdırma aparma qaydaları, araşadırma metodları, əsərin təhlili üsulları və müsabiqə üçün digər tələblər barədə ətraflı məlumat verilmişdir. Müsabiqədə yer tutan şagirdlərin mükafatlandırılması nəzərdə tutulmuşdur. Nəticə barədə yekun tədbirdən sonra məlumat veriləcəkdir.

Ətraflı

Kiçik AkademiyaMəktəbimizdə yeni yaradılan “Kiçik Akademiya” şagirdlərin elmi tədqiqat fəaliyyətlərinə cəlb edilməsi, aktivliklərinin artırılması istiqamətində məqsədyönlü fəaliyyətlərini uğurla davam etdirilir. 22 noyabr 2019-cu il tarixində “Kiçik Akademiya”dan məsul direktor müavini Sevda Novruzova tərəfindən məktəbin VIII-X sinif şagirdləri ilə işgüzar tədbir keçirildi. Tədbirdə şagirdlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Gəlin tanış olaq!” və “Məktəb ekologiyası” mövzularında keçirilən tədqiqat müsabiqələri haqqında məlumat verildi, bu layihələrdə və gələcəkdə keçiriləcək bənzər fəaliyyətlərdə iştirakın onların bu günü və gələcəyi üçün əhəmiyyəti qeyd olundu. Tədbir çərçivəsində şagirdlərə direktor müavini tərəfindən tədqiqat işinin yazılması qaydaları, metodları, tədqiqat işinin yazılması zamanı elmi mənbələrdən düzgün istifadə qaydaları haqqında mühazirə oxundu və bu istiqamətdə şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədqiqat işi müsabiqələrinin keçirilmə qaydaları, iştirak edə bilmək üçün tələblər və müraciət üçün nəzərdə tutulan müddət haqqında ətraflı məlumat verilərək müsabiqədə iştirak edəcək şagirdlərə bu istiqamətdə dəstək veriləcəyi ifadə edildi. Kiçik Akademiya bundan sonra da məktəbimizin bütün şagirdlərinin, xüsusi ilə istedadı ilə fərqlənən şagirdlərin bacarıq və qabiliyyətlərinə uyğun olaraq müxtəlif istiqamətlərdə məktəbin elmi, pedoqoji, sosial həyatında aktiv iştiraklarının təmin edilməsi istiqamətində fəaliyyətlərini artıraraq davam etdirəcəkdir.

Ətraflı
HAQQIMIZDA

Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəb 1978-ci ildə inşa edilərək istifadəyə verilmişdir. 1978-ci ildən məktəb rus məktəbi olub, təhsil rus dilində aparılıb. Məlum hadisələrdən sonra məktəb beynəlmiləl məktəb olub. H...

BİZİM FƏXRLƏRİMİZ

Əfsanə Muradlı Zakir

Elnur Mahmudzadə Vasif

HAQQIMIZDA

Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəb 1978-ci ildə inşa edilərək istifadəyə verilmişdir. 1978-ci ildən məktəb rus məktəbi olub, təhsil rus dilində aparılıb. Məlum hadisələrdən sonra məktəb beynəlmiləl məktəb olub. H...

BİZİM FƏXRLƏRİMİZ

Əfsanə Muradlı Zakir

Elnur Mahmudzadə Vasif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi