" KİÇİK AKADEMİYA"NIN İLK KONFRANSI KEÇİRİLDİ.

02.12.2019-cu il tarixində Kiçik Akademiya tərəfindən `Nəsimi ili` ilə əlaqədar növbəti tədbir keçirildi. Tədbirin məqsədi `Nəsiminin əsərlərinin düzgün izah edilməsi` ilə bağlı keçirilməsi qərarlaşdırılan müsabiqə barədə şagirdləri məlumatlandırmaq və müsabiqənin qaydalarının müəyyənləşdirilməsi olmuşdur. Müsabiqə üçün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti müəyyən edilmiş, izah edilməsi tələb edilən qəzəllər müəyyənləşdirilərək elan edilmişdir. Həmçinin müsabiqə üçün müraciət qaydaları, müsabiqənin keçirilməsi ilə bağlı müraciət. Dəyərləndirmə və nəticələrin elanı üçün nəzərdə tutulan müddətlər müəyyən edilmişdir. Həmçinin tədbir çərçivəsində məktəbin Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı müavin) Sevda Novruzova tərəfindən şagirdlərə araşdırma aparma qaydaları, araşadırma metodları, əsərin təhlili üsulları və müsabiqə üçün digər tələblər barədə ətraflı məlumat verilmişdir. Müsabiqədə yer tutan şagirdlərin mükafatlandırılması nəzərdə tutulmuşdur. Nəticə barədə yekun tədbirdən sonra məlumat veriləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi