Kiçik Akademiyanın "Nəsimi yaradıcılığı" üzrə tədqiqat işinin yekun tədbiri.

Kiçik Akademiyanın “Humanitar” bölməsinin üzvləri ilə ədəbiyyat istiqamətində “Nəsimi yaradıcılığı" mövzusunda tədqiqat işinin yekun tədbiri keçirildi. İmadəddin Nəsiminin 650 illik yubliyeyi münasibəti ilə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu il Nəsimi ili elan edilmişdir. Bu münasibətlə akademiyanın ilk tədqiqat işi də məhz İmadəddin Nəsimi yaradıcılığı ilə bağlı olmuşdur. Kiçik Akademiya üzvlərinə "Nəsimi yaradıcılığı"mövzusunda tədqiqat işi tapşırıldı. 26 dekabr tarixində Kiçik Akademiyanın növbəti iclası zamanı şagirdlərin "Nəsimi yaradıcılığı" mövzusunda apardıqları tədqiqat işlərinin yekun qiymətləndirilməsi həyata keçirildi. Tədbir zamanı akademiya üzvləri öz tədqiqatlarını münsiflər heyətinə təqdim etdilər. Məktəb rəhbərliyi,fənn müəllimlərindən ibarət olan münsiflər heyəti çıxışları dinlədikdən sonra onlara öz münasibətlərini bildirdilər.Ən yaxşı tədqiqat işləri 1-2-3-cü yer olaraq müəyyənləşdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi