Kiçik Akademiya

Məktəbimizdə yeni yaradılan “Kiçik Akademiya” şagirdlərin elmi tədqiqat fəaliyyətlərinə cəlb edilməsi, aktivliklərinin artırılması istiqamətində məqsədyönlü fəaliyyətlərini uğurla davam etdirilir. 22 noyabr 2019-cu il tarixində “Kiçik Akademiya”dan məsul direktor müavini Sevda Novruzova tərəfindən məktəbin VIII-X sinif şagirdləri ilə işgüzar tədbir keçirildi. Tədbirdə şagirdlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Gəlin tanış olaq!” və “Məktəb ekologiyası” mövzularında keçirilən tədqiqat müsabiqələri haqqında məlumat verildi, bu layihələrdə və gələcəkdə keçiriləcək bənzər fəaliyyətlərdə iştirakın onların bu günü və gələcəyi üçün əhəmiyyəti qeyd olundu. Tədbir çərçivəsində şagirdlərə direktor müavini tərəfindən tədqiqat işinin yazılması qaydaları, metodları, tədqiqat işinin yazılması zamanı elmi mənbələrdən düzgün istifadə qaydaları haqqında mühazirə oxundu və bu istiqamətdə şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədqiqat işi müsabiqələrinin keçirilmə qaydaları, iştirak edə bilmək üçün tələblər və müraciət üçün nəzərdə tutulan müddət haqqında ətraflı məlumat verilərək müsabiqədə iştirak edəcək şagirdlərə bu istiqamətdə dəstək veriləcəyi ifadə edildi. Kiçik Akademiya bundan sonra da məktəbimizin bütün şagirdlərinin, xüsusi ilə istedadı ilə fərqlənən şagirdlərin bacarıq və qabiliyyətlərinə uyğun olaraq müxtəlif istiqamətlərdə məktəbin elmi, pedoqoji, sosial həyatında aktiv iştiraklarının təmin edilməsi istiqamətində fəaliyyətlərini artıraraq davam etdirəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi