Bil bacar müsabiqəsinin noyabr ayı üzrə yarış mərhələsi keçirildi.

#BilBacarMüsabiqəsi

#Məktəb157

27 noyabr 2024-cü il tarixdə Bil bacar müsabiqəsi çərçivəsində şagirdlərimiz noyabr ayı üçün nəzərdə tutulmuş yarış mərhələsində iştirak ediblər.

Bil bacar müsabiqəsində şagirdlər oxu materialı, riyaziyyat və təbiət fənlərindən hər fənn 20 sual olmaqla 60 sualdan ibarət tapşırıqları icra etməlidirlər. Hər doğru sual 1 balla qiymətləndirilir, sessiyanın müddəti 120 dəqiqədir. Müşabiqə oktyabr ayından etibarən başlamış iyun ayına qədər hər ay hazırlıq və yarış mərhələsi şəklində keçirilməkdədir. Müsabiqə iyun ayına qədər online qaydada keçiriləcək. İyun ayında isə aylar üzrə yüksək nəticə toplamış şagirdlər əyani şəkildə keçiriləcək final mərhələsinə dəvət olunacaqlar.

Müsabiqədə iştirak edən hər bir şagirdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi