8 Noyabr Zəfər Günüdür!
27 sentyabr-08 noyabr 2020-ci il Azərbaycan tarixində unudulmaz yerə sahib şanlı Vətən müharibəsi dövrünü əhatə edir. O dövr ki 44 gün çəkməsinə baxmayaraq bir əsrə bərabər izlər yaratdı. Özündə 44 günü birləşdirsə də, 30 illik həsrəti sona çatdırmaq gücünə sahib oldu. 44 gün- hər günü qürur, hər günü heyrət gətirdi bizə! Bu günlər bizə imkan verdi ki, daxili və beynəlxalq müstəvidə özümüzü göstərək, gücümüzü nümayiş etdirək. Beləliklə 44 günün sonrası Zəfər ərsəyə gəldi. O Zəfər ki bizə 3000-dən daha çox oğullarımızın hüququndan keçərək qəhrəman olması hesabına nəsib oldu. 3000 Qəhrəman! Sosial statusundan, yaşayış yerindən, vəzifəsindən, yaşından aslı olmayaraq döyüşən, bizə Zəfər adlı sevinci yaşadanlardır. Minlərlə qəhrəman Şəhid və Qazi, möhkəm iradə, güclü siyasət, doğru yanaşma sayəsində doğma Vətənimizin ən müasir tarixində Zəfər Günü kimi əzəmətli gün yarandı.
8 Noyabr Zəfər Günüdür. 4 ildir qeyd olunan Şanlı tarix illər keçdikdən sonra hər zaman qürurla qeyd olunacaqdır. Bu gün bizim tariximizi, həsrətimizi, özümüzü, ruhumuzu bərpa etdiyimiz gündür! Gün o gün oldu artıq! Artıq Vətən öz Zəfər Gününü aydın səma, əzəmətli üçrəngli bayraq altında işğaldan azad olunmuş torpaqlarda qeyd edir.
08 noyabr məktəbimizdə Zəfər Günü-nə həsr olunmuş xüsusi dərslərlə qeyd olundu. Şagirdlərin aktiv, interaktiv iştirakı ilə keçirilən dərslərdə Zəfər yolu başlanmasından bitməsinə qədər müəllimlərin müşayiəti ilə şagirdlər tərəfindən təqdim edildi. Dərslər məktəbin direktoru Fatma Əhmədova və direktor müavini Sevgili Nurəliyevanın iştirakı ilə dinlənilmişdir.
Zəfərin mübarək, Azərbaycan! Hər günün Zəfər olsun, Sənə firavanlıq, əzəmət yaraşır