Ümumtəhsil müəssisələrində "Şagird davranış qaydaları"-nın tədbiqi istiqamətdə təlimlərə start verilib.
14 oktyabr 2024-cü il tarixdən Ümumtəhsil müəssisələrində "Şagird davranış qaydaları"-nın tədbiq edilməsi istiqamətində məktəb rəhbərliyi tərəfindən təlimlərə start verilib. İlk olaraq VIII sinif şagirdlərinin cəlb olunduğu təlimlərdə məktəbin direktoru Fatma Əhmədova, direktor müavini Sevgili Nurəliyeva, uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyə işləri üzrə təşkilatçı Aynur Ələsgərova və məktəbin psixoloqu Vəfa Şükürova iştirak etmişdir. Görüşdə "Şagird davranış qaydaları" sənədi ətraflı şəkildə şagirdlərin diqqətinə çatdırılmışdır. Əsas davranış qaydaları izah olunaraq məsuliyyət və rəğbətləndirmə tədbirlərinə nəzər yetirilib.
Mövzu istiqamətində təlimlərin bütün siniflər üzrə keçirilməsi nəzərdə tutulur.
#ElmvəTəhsilNazirliyi #MUTDA #Məktəb157 #ŞagirdDavranışQaydaları