Mikayıl Müşfiqin ev muzeyinə ekskursiya təşkil edilib

    Məktəbimizin bir qrup müəllim kollektivi Xızı rayonunun Sayadlar kəndi yaxınlığında yerləşən nakam şair Mikayıl Müşfiqin Xatirə Muzeyinə ekskursiya ediblər. Bina1992-ci ildə tikilərək, 1mərtəbəli olmaqla 1 otaqdan ibarətdir.  Muzeyin həyətində nakam şairin büstü qoyulub. Müəllimlər şairin həyat və yaradıcılığı ilə bağlı olan sənədlərlə, foto-şəkillərlə,  portretlər və kitablarla tanış olublar. Ən çox  diqqətlərini  iki eksponat çəkib. Bunlardan biri Nargin adasından gətirilən torpağın saxlandığı giliz olub.  Mikayıl Müşfiq 1938-ci ilin yanvarın 6-da Nargin adasında güllələnərək cəsədi Xəzər dənizinə atılıb. Məzarı olmadığından onun öldürüldüyü ərazidən götürülən bir ovuc torpaq, rəmzi olaraq xatirə muzeyində qorunur. Bu eksponat 2008-də ildə general-mayor Aydın Qasımov tərəfindən muzeyə hədiyyə olunub.  Digər eksponat isə şairin ölüm hökmü və həbsinə dair sənəd olub. Müəllimlər muzeyi ekskursiya etdikdən sonra, sonda xatirə şəkilləri çəkiblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi