"İqtisadiyyat Müsabiqəsi"ndə sertifikata layiq görülüblər

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) olaraq Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin xüsusi diqqət və dəstəyi nəticəsində ölkəmizin iqtisadi təhsilinə və gənclərin iqtisadi düşüncə tərzinin inkişafına töhfə vermək məqsədilə növbəti dəfə “İqtisadiyyat” mövzusunda bilik müsabiqəsi keçirilib. İlk tur olan məktəb turunda məktəbin şagirdləri Ülvi Məmmədli, Zəhra Pənahlı, Ramiz Xəlilov, Ayan Ağayeva, Ceyhun Hacızadə, Kübra Əliyeva, Hüseynağa Xəlilov yüksək nəticə göstərərək Sertifikat ilə təltif olunublar.
Bu münasibət ilə şagirdlərimizi təbrik edir, növbəti mərhələdə iştirak etmək hüququ qazanan şagirdlərə uğurlar arzu edirik!