Monitorinqin keçirilməsi barədə təlimat şagirdlərin nəzərinə çatdırılıb

Mayın 15-də məktəbin direktoru Gülər İsmayılova, ibtidai siniflər üzrə direktor müavini Xalidə Tağıyeva və psixoloq Aygün Maniyeva tərəfindən IV siniflərlə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd mayın 17-də Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tərəfindən keçiriləcək monitorinq haqqında ümumi məlumat verməkdən ibarət olub.

Əvvəlcə direktor Gülər İsmayılova monitorinqin keçirilməsində məqsədin şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasından ibarət olduğunu və monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmədiyini bildirib. Direktor müavini Xalidə Tağıyeva da şagirdlərə özünə inam hissini qorumaq və diqqətli olmaqla bağlı, monitorinqin gedişatı haqqında faydalı tövsiyələr verib.

Həmçinin psixoloq Aygün Maniyeva şagirdlərdə monitorinq qabağı narahatlıq hissinin aşkara çıxarmaq, emosional gərginliyi aradan qaldırmaq məqsədilə nəfəs texnikalarından istifadə edərək bir sıra məşğələlər keçirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi