Heydər Əliyev Beynəlxalq Hava Limanında ekskursiya təşkil olunub

Mayın 16 -sı məktəbin VI D və VI E sinif şagirdləri təşkilatçı Lalə Bayramova və ingilis dili müəllimi Aynurə Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına ekskursiya ediblər. Təşkil olunan ekskursiya çərçivəsində uşaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən AZAL-ın kinologiya mərkəzi və yanğınsöndürmə xidməti ilə tanış olublar. Hava limanının fəaliyyəti, təhlükəsizlik sistemləri və mütəxəssislərin işi barədə ətraflı məlumat toplayıblar. Real aviasiya mühitində maraqlı anlar yaşayaraq, bu sahə ilə bağlı ilk təəssüratlarını formalaşdırıblar. Sonda isə Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsini ziyarət edib, pilot kabinəsinə baş çəkiblər. Bütün bu anlar onlarda heyranlıq, maraq və sevinc dolu baxışlar yaratmışdır.
Ekskursiyanın təşkilində Heydər Əliyev Beynəlxalq Aeroportunun əməkdaşlarına, o cümlədən, Paşa müəllimə məktəb rəhbərliyi adından təşəkkürümüzü bildiririk.