IV və VI siniflər üzrə keçirilən monitorinq uğurla başa çatdı

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 17 may 2025 -ci il tarixində IV siniflərdə, 18 may 2025-ci il tarixində isə VI siniflərdə monitorinq keçirilib.

17-18 may tarixlərində 156 nömrəli tam orta məktəbdə monitorinq mərkəzi olaraq 156, 230, 237 nömrəli tam orta məktəblərin və A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın şagirdləri iştirak edib. Mərkəzdə iki gün ərzində keçirilən monitorinqlərdə IV siniflər üzrə 412 şagird, VI siniflər üzrə 475 şagird iştirak edib. IV siniflər üzrə 412 nəfərdən 60 nəfəri, VI siniflər üzrə 475 nəfərdən 60 nəfəri kompüter əsaslı formatda monitorinqə cəlb olunub.

Təhsilalanlara IV siniflərdə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual, VI siniflərdə tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün IV siniflərə 150, VI siniflərə 180 dəqiqə vaxt verilib. Mərkəzdə şagirdlər üçün sağlam-psixoloji mühit yaradılmışdır, monitorinqin gedişatı mərkəz rəhbəri Gülər İsmayılova, imtahan rəhbəri Çinarə Cəbrayılova və öncədən təyin olunmuş nəzarətçilər tərəfindən izlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi