“AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalında iştirak ediblər

28 may - Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM”
Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan
olunmuş rəsm müsabiqəsində Xətai Sənət Mərkəzində 13-15 yaş qrupu üzrə olan uşaqların sərgisi açılıb.
Mövzusu "Mənim gözlərimlə Azərbaycan!" olan festival Azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycanı
daha yaxından tanınmasına və sevməsınə xıdmət məqsədılə keçirilmişdir. Müsabiqədə məktəbin VII B sinif şagirdi Almazxanım Rəhmanlı, VIII A sinif şagirdi Zümrüd Ələsgərova, VIII E sinif şagirdi Əsmanur Həsənli iştirak edərək Sertifikat ilə təltif olunublar.