15 May - Beynəlxalq Ailə Günü ilə bağlı seminar məşğələ keçirilib

   Məktəbin psixoloqu Aygün Maniyeva tərəfindən ibtidai sinif şagirdləri ilə 15 May – Beynəlxalq Ailə Günü münasibətilə seminar məşğələ keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd şagirdlərdə ailə dəyərlərinə hörmət, ailə üzvlərinə qarşı qayğıkeş münasibət və sevgi hislərinin aşılanması, cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və məktəb-şagird-valideyn arasında səmərəli əməkdaşlığı təşviq etməkdən olub.

Daha sonra şagirdlərə cəmiyyətdəki rolunun müəyyənləşdirilməsi, özünü dərk etməsi, onlarda özgüvənin formalaşdırması məqsədilə ailə olan işçi vərəqlər təqdim olunub, şagirdlər həmin şəkillərlə bağlı fikirlərin söyləyib, təsəvvürlərində yaratdığı boya ilə rəngləyib öz mövqelərini şərh ediblər.

Sonda psixoloq şagirdlərə şəxsiyyət həm kollektivdə formalaşaraq, prinsipiallıq, zəhmətsevərlik, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq bacarığı, yoldaşa kömək etmək və başqa bacarıq və dəyərləri haqqında tövsiyyələrini verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi