İbtidai sinif şagirdləri tətil günlərində

İbtidai sinif şagirdləri üçün verilmiş (1-5 may) əlavə yaz tətili günlərində I-IV sinif şagirdləri sinif müəllimləri ilə birlikdə müxtəlif günlərdə Zirə Mədəniyyət Mərkəzi – EKO-PARK-a gəzintidə oldular.Burada xüsusi yaşıllıq zolaqları salınıb, dekorativ şam, şabalıd, çobanyastığı, qızılgül, ətirşah kimi bəzək gülləri əkilib.Həmçinin alma, armud, heyva, xurma, tut, nar, əncir, feyxoa, limon və zeytun ağaclarından salınan bağlar şagirdlərin zövqünü oxşadı. Zirə Mədəniyyət Mərkəzində uşaqlar Elektron Kitabxana, Şahmat otağı, Xarici dillər kabineti və Zirə Xalça muzeyi ilə yaxından tanış oldular.Şagirdlər xalça muzeyində yaşı 150 ildən artıq olan Bakı, Quba, Naxçıvan, Gəncə xalçaları haqqında məlumat əldə etdilər.Onlar həmçinin xalçaçılıq sənətinin tarixi və incəliklərini də öyrəndilər. Azərbaycanda ilk dəfə yaradılan Orxideya evi də şagirdlərin diqqətlərini çox cəlb etdi. Uşaqlar Mərkəzlə yaxından tanış olduqdan sonra cizgi filmini izlədilər. Şagirdlər Eko- Parkı gəzdikdən sonra, orada yerləşən əyləncə məkanında attraksionlarda əyləndilər.Bu gəzinti şagirdlərdə gözəl təəsüratlar yaratdı. Canlı təbiət dünyamızın ürəyidir, nə qədər ki, ürək döyünür dünyamız da yaşayır.