Nailiyyətlərimiz

Komandamız 2-ci yeri tutdu22 noyabrda 242 nömrəli tam orta məktəbdə "Məktəblilər arasında Respublika Çempionatı"nın proqramına daxil olan Nizami rayon məktəbliləri arasında "Basketbol" üzrə yarış keçirilib. Yarışda tərkiblərində 168 nəfər olmaqla 14 komanda olimpia sistemi üzrə iştirak ediblər. Gərgin və maraqlı keçən oyunda məktəbimizin komandası da iştirak edərək II yeri qazanıb. Komandamızı təbrik edirik.

Şagirdimiz qalib olduMəktəbimizin şagirdi Məmmədli Musa Türkiyədə keçirilən “2-ci Uluslararası Şehzadeler Kenti Türkiye Açık Kyokushin Kata ve Kumite Şampiyonası”da iştirak edib. Türkiye Kung Fu Federasiyasının təşkil etdiyi çempionat Yeni Amasya idman salonunda baş tutub. Yarışa Türkiyə, Azərbaycan, Qazaxıstan, İraq, İran, Suriya, Banqladeş, Pakistan, Rusiya, Tunis ve Dağıstan olmaqla 10 ölkədən cəmi 480 idmançı qatılıb. Şagirdimiz 40 kq-lılar arasında I yeri qazanıb. Bir müddət əvvəl Musa Bakı çempionu da olmuşdu. Onu təbrik edir, uğurlarının davamını diləyirik.

Eko skautlarOktyabrın 13-də Park Bulvarda İDEA İctimai Birliyinin keçirtdiyi sərgidə şagirdlərimiz Qəhrəmanova Züleyxa və Qəhrəmanova Sara öz əl işləri ilə iştirak ediblər. Onlar eko skaut olaraq 2-ci mərhələyə keçərək sertifikatla təltif olunublar.

HAQQIMIZDA

Bakı şəhəri 145 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Amina Maksimova

Murad Nağı-zadə Əli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi