HAQQIMIZDA

Bakı şəhəri 145 nömrəli tam orta məktəb 1964-cü ildə tikilib istifadəyə verilmişdir. Məktəb istifadəyə verilərkən 960 şagird üçün nəzərdə tutulmuş, 4 mərtəbəli, 32 dərs otağı, fiziki tərbiyə, akt zalı və yeməkxanası olan tipik bir məktəb binası olub. 2013-cü ildə 3 mərtəbəli, 50 sinif otaqlı yeni bina tikilərək istifadəyə verilmişdir.

Məktəb hal-hazırda 1 növbəli rejimdə 5 gün işləyir. İbtidai siniflərin sayı 35, əsas və orta təhsil siniflərin sayı 43,məktəbə hazırlıq sinifləri isə 7-dir. Məktəbdə 2900-dan artıq şagird təhsil alır. 2000-ci ildən məktəb YUNESKO məktəbidir, 18 metodbirləşmə və metodbirləşmə sədri fəaliyyət göstərir. Hər iki binada kompüter otaqları və kitabxana vardır. Məktəb 2009 və 2014-cü illərdə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür.

Məktəbin direktoru Abbasova Pərvanə Teyyub qızıdır.

TQDK-nın rəsmi statistik hesabatına görə son 15 ildə məktəb ali məktəblərə qəbula görə Nizami rayonu üzrə 1-ci yeri tutur. Orta hesabla hər il məzunların 75-85%-i ali məktəblərə qəbul olunurlar. 2012-2013-cü tədris ilində şagirdlərdən 3 nəfəri qızıl medala, 2017-ci bir şagird gümüş medala, 2018-ci il məzunu Qəhrəmanov Orxan isə qızıl medala layiq görülmüşdür.

 Şagirdlərin idman sahəsində də uğurları vardır.

 Məktəb Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsində iştirak edib. Bu layihə çərçivəsində məktəb Ağstafa rayonunun 1 nömrəli tam orta məktəbi ilə qardaşlaşmışdır.

Məktəblilər arasında Breyn Rinq üzrə III Azərbaycan çempionatının yarışında məktəbin komandası da iştirak edib və öz biliklərini yüksək səviyyədə nümayiş etdirərək 1-ci yerə layiq görülmüşlər.

Məktəb kollektivi, şagirdlər bu nailiyyətlərlə kifayətlənmir, daim yeni-yeni uğurlara imza atırlar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi