Nailiyyətlərimiz

Məktəbin fəxriMəktəbin məzunu NASA-da çalışan Allen Aya uçacaq. Allen (Ələkbər) Tərlan Oğlu Mirqədirov 1979-cu ildə Bakıda anadan olub, 145 saylı məktəbdə təhsil alıb, 1991-ci ildə ABŞ-a köçüb. O, 10 il ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib və 2010-cu ildə NASA-nın orbital təhlükəsizliyinə cavabdeh olan aerokosmik mühəndis kimi işləməyə başlayıb. O, NASA-nın 2024-cü ildə Aya planlaşdırdığı missiya üçün namizədlərdən biridir.

Prezident təqaüdüPrezident İlham Əliyev 2023-24-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla 2023-24-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. Məktəbimizin məzunu Maksimova Aminə prezident təqaüdünə layiq görülüb.

Müəllimin uğuruMəktəbin müəllimi Elnarə Məmmədova Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, Rossotrudniçestvo təşkilatının dəstəyi ilə “Rusiya Humanitar Missiyası” qurumunun təşkil etdiyi “Rus dili və ədəbiyyatı müəllimlərinin “Azərbaycanda rus dili – yeni üfüqlər” beynəlxalq müsabiqəsinin qalibi olub. Müsabiqədə ümumilikdə 77 müəllim iştirak edib, onlardan 10-u layihənin 2-ci mərhələsinin qalibi seçilib.

HAQQIMIZDA

Bakı şəhəri 145 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Darya Şevçenko Vladimirovana

Vladimir Qrımzin Alekseyeviç

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi