Nailiyyətlərimiz

Şagirdimiz qalib olduBakı Modern Təhsil Kompleksində şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr edilmiş üzgüçülük üzrə Nərimanov rayon turniri keçirilib. Turnir 37 nəfər idmançının iştirakı ilə 5 nominasiya üzrə keçirilib: 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında 50 m məsafəyə sərbəst üsul, 2010-2011-ci il təvəllüdlü oğlan və qızlar arasında 50 m məsafəyə sərbəst üsul və komanda şəklində estafet. Məktəbimizin 2-ci sinif şagirdi Novotorjin Artyom yarışda 2-ci yeri tutaraq təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medalla təltif olunub.

Yusif 3-cü yerə layiq görülübBakıda “20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş” Kyokuşin Karate üzrə uşaqlar və yeniyetmələr arasında 1-ci açıq turnir keçirilib. Yarışda 2”B”sinif şagirdi Məmmədli Yusif 8-9 yaşlılar arasında yarışıb. Yusif 30 kq çəkidə bacarıqla döyüşərək 3-cü yerə layiq görülüb.

5-ci sinif şagirdi gümüş medal qazanıb5-ci sinif şagirdi Məmmədli Musa kyokuşin karate üzrə XX Açıq Azərbaycan çempionatında çıxış edib. 40 kq çəki kateqoriyasında öz gücünü sınayan Musa 4 döyüş keçirib və onun 3-nü qələbə ilə başa vurub. O, ikinci yerİ qazanıb və gümüş medala layiq görülüb.

HAQQIMIZDA

Bakı şəhəri 145 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Hüseyn Hacıyev Zaur

Səbinə Babayeva Eldar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi