Nailiyyətlərimiz

Müsabiqədə qalibləri mükafatlındırılıb18 mart 2018-ci il tarixində təşkil olunmuş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində məktəbimizin şagirdləri çox həvəslə iştirak etmişdilər. Müsabiqəyə qatılan şagirdlərdən bir çoxu yüksək bal toplayıb. Gözəl nəticə göstərən şagirdlər məktəb rəhbərliyi tərəfindən tərifnamələrlə mükafatlandırılıblar. Məktəbin direktoru tərifnamələri təqdim edərkən şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar diləyib.

Şagirdimiz beynəlxalq müsabiqədə uğur qazanıbMəktəbimizin şagirdi milli rəqslər üzrə Avropa çempionatında iştirak edib. Rusiyanın Moskva şəhərində 53 ölkədən 5 mindən artıq rəqqasın iştirak etdiyi yarışın nəticələrinə görə Azərbaycandan gedən komanada ilk beşlikdə qərarlaşıb. Çempionatda məktəbimizin şagirdi Emilya Məmmədova digər Bakı məktəbliləri ilə birgə qrup tərkibində etdikləri rəqsə görə II yerə layiq görülüblər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Şagirdimiz Emilyanı və onunla bərabər uğur qazanan digər uşaqları təbrik edir, uğurlarının davamını diləyirik.

Şagirdlərimiz “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası”nda qalib gəldilərBildiyimiz kimi ötən tədris ilində Bakı Şəhəri üzrə ümumtəhsil müəssisələrinin V və VI sinif şagirdlərinin iştirakı ilə “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası” təşkil olunub. Olimpiadada məktəbimizin 4 şagirdi qalib gəlib. Qaliblərimizə sertifikatlar təqdim olunub və məktəbin direktoru Pərvanə xanım istedadlı şagirdlərimizi təbrik edərək onlara gələcək dərslərində uğurlar arzulayıb.

HAQQIMIZDA

Bakı şəhəri 145 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Elmira Musayeva Fariz

Ayan Əliyeva Ağasadıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi