Nailiyyətlərimiz

Məmmədova Emilyanın yeni uğuru2-13 may tarixində ilk dəfə Azərbaycanda folklor rəqsləri üzrə dünya kuboku keçirilib. Kuboku Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası və WADF ( Dünya İncəsənət və Rəqs Federasiyası) birgə təşkil ediblər. Həmçinin yarışmanın tərkibində Bollywood ( Hind rəqsləri ), Belly dance ( Şərq rəqsləri ) və Flamenko rəqs növləri üzrə yarış keçirilib. Yarış müxtəlif yaş kateqoriyalarında keçirilib. Yeniyetmələrin arasında məktəbimizin 5"C" sinif şagirdi Məmmədova Emilya da çıxış edib. Onların yüksək səviyyədəki ifaları öz yaşıdları arasında birinci yerə layiq görülüb. Gözəl qızımızı təbrik edir, ona uğurlar arzulayırıq.

Qasımov Rəsul qalib olduMəktəbimizin 4q sinif şagirdi Qasımov Rəsul öz uğurları ilə yaxınlarını, məktəb kollektivini həmişə sevindirir. Rəsul karate ilə məşğul olur. O, bir çox yerli və beynəlxalq yarışlarda iştirak edib və əsasən də qalib gələrək vətənə medal və diplomlarla qayıdıb. Şagirdimiz Ukraynada, Türkiyədə keçirilən yarışlarda qalib olub. 9-11 mart tarixlərində isə Türkiyədə Beynəlxalq Karate Turnirində birinci yeri qazanıb. Vətənə qızıl medalla dönən şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.

Şagirdimiz 3-cü yeri qazanıb24.04.2018 tarixdə 251 №-li orta məktəbdə Nizami rayonu məktəbliləri arasında badminton yarışı keçirilib. Yarışda məktəbimizin 2 şagirdi iştirak edib. 9-cu sinif şagirdimiz Gözəlova Gülüstan 3-cü yeri tutub. Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

HAQQIMIZDA

Bakı şəhəri 145 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Vladimir Qrımzin Alekseyeviç

Cavid Quliyev Vaqif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi