Nailiyyətlərimiz

Şagirdimiz ən məhsuldar oyunçu nominasiyasında qalib olduAzərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetin İdman Kompleksində keçirilən 2017-2018-ci il mövsümü üçün 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları” başa çatdı. Hər yaş qrupu üzrə liqalarda 12 komanda olmaqla ümumilikdə 24 komanda mübarizə apardı.Liqalarda idman məktəblərinin komandaları ilə yanaşı idman klublarının komandalarıda iştirak etdi. Final oyunlarıın nəticəsi olaraq 13 yaşadək (U-13) basketbolçulardan ibarət komandaları arasında keçirilən liqada ən məhsuldar oyunçu nominasiyasına “Təhsil” RİM-in 9 nömrəli UGİM-nin komandasının oyunçusu 145 nömrəli məktəbin 6e sinif şagirdi Kurmaşin Dmitriy layiq görüldü. O, “Təhsil” RİM tərəfindən diplomla ilə təltif edildi.

Talıblı Elşən şahmat turnirini 3-cü yerlə başa vurub24.05.2018-ci tarixdə 10 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş Şahmat turniri keçirilib. Turnirdə məktəbimizin 9c sinif şagirdi Talıblı Elşən iştirak edib. Şagirdimiz yaşıdları ilə mübarizədə qalib gələnlər sırasında olub. O, turniri 3-cü yerlə başa vurub.

Basketbolda komandamız 3-cü yeri tutduNərimanov rayonundakı 193 nömrəli tam orta məktəbin idman zalında Bakı məktəbliləri arasında basketbol üzrə turnirin final oyunları keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkil etdiyi yarış 2003–2005-ci il təvəllüdlü qızlar arasında keçirilib. Yarışı məktəbimizin komandası üçüncü pillədə başa vurub. Yarışda ilk üç yeri tutmuş komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

HAQQIMIZDA

Bakı şəhəri 145 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Tural Eminli Hamlet

Həsən Ağayev Rövşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi