Nailiyyətlərimiz

Şagird 1-ci yeri qazanıbDekabrın 22-də Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində "Prezident Kuboku" uğrunda yarış start götürüb. Üç gün davam edən yarışda 11 döyüş federasiyasının idmançıları medallar uğrunda mübarizə aparıblar. Turnirdə Azərbaycan da daxil olmaqla 11 ölkədən 900-dən çox idmançı qüvvəsini sınayıb. Beynəlxalq döyüş sənətləri festivalında məktəbin şagirdi Nağı-zadə Murad "Vin-çun" idman növündə mübarizə apararaq birinci yeri qazanıb.

Basketbol yarışında 1-ci yerNoyabrın 13-də Nizami rayon Gənclər və İdman Baş İdarəsi tərəfindən 242 nömrəli tam orta məktəbdə basketbol üzrə məktəblər arasında respublika çempionatının rayon mərhələsi keçirilib. Yarışda məktəbin oğlanlardan ibarət komandası iştirak edib. Gərgin keçən mübarizədə komanda qalib gələrək 1-ci yerə layiq görülüb.

Tennis turnirində qələbəNoyabrın 17-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən “Milli Dirçəliş Günü” münasibəti ilə “Stolüstü tennis” üzrə rayon turniri keçirilib. Məktəbin 9-cu sinif şagirdi Məmmədov Emin İlqar oğlu turnirdə yarışaraq 1-ci yeri tutub. Şagird Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılıb.

HAQQIMIZDA

Bakı şəhəri 145 nömrəli tam orta məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Kənan Məcidzadə Şahin

Kamila Alimetova Xadim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi