Alıyev Fərhad Yaqub oğlu 1979-cu ildə iyulun 20-də Ermənistan SSR-nin Noemberyan rayonun Yuxarı Körpülü kəndində anadan olub. 1986-ci ildə həmin kəndin orta məktəbinə qəbul olu 1988-ci ildə ailəlikcə Bakı şəhərinə köçmüşlər və təhsilini Binəqədi rayonu 135 nömrəli məktəbdə davam etdirmiş. 1994-cü ildə Bədən Tərbiyə Texnikumuna daxil olmuşdur. 1997-ci ildə Texnikumu bitirmiş. 1997-ci ildən Binəqədi rayonu T.Heybətov adına 126 nömrəli məktəbə müəllim kimi fəaliyyətə başlayıb.
Allahyarova Məhluqə Kamal qızı 07.11.1960-ci ildə Göyçay səhərində anadan olub. 1967-ci ildə Göyçay şəhərindəki 4№-li məktəbin I-sinfinə daxil olub. 1977-ci ildə Göyçay şəhərindəki 4№-li orta məktəbi bitirib. 1980-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitunun Rus dili və Ədəbiyyat fakültəsinə daxil olub. 1985-ci ildə isə oranı bitirib və təyinatla Göyçay şəhər 7№-li orta məktəbə Rus dili və Ədəbiyyat müəllimi göndərilib.1986-cı ildə ailə vəziyyəti ilə əlaqədar olaraq öz xahişi ilə işdən azad olub və Bakı şəhərinə köçüb. 1989-cu ildən 1992-ci ilə kimi Mərdəkan qəsəbəsindəki 237№-li məktəbdə rus dili müəllimi işləyib. Yaşayış yerini dəyişdiyinə görə həmin ildən Bakı şəhəri 284№-li məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. 1993-cü ildən köçürülmə yolu ilə 126 №-li məktəbdə işləyir. Ailəlidir 2 övladı var.
Kərimova Həvva Mustafa qızı 10 may 1964-cü ildə Şəki rayonu orta Zəyzid kəndində anadan olub. Orta təhsilini 1970-1980-ci illərdə Zəyzid kənd orta məktəbində orta təhsil alıb. 1980-ci ildə ali-məktəbin axşam şöbəsinə daxil olub və Qafqazenerqo mantaj trestində elektrik sarıyıcı kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə "Azərbaycan Neft və Kimya" İnstitutunun İstehsalat proseslərinin Avomatlaşdırılması fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin əyani şöbəsini "Avtomatika və Telemexanika" ixtisası üzrə müvfəqiyyətlə bitirərək mühəndis-elektrik ixtisasına yiyələnib. 1986-cı ildə ali məktəbi bitirdikdən azad təyinat almış .02.08.1996-ci il Azərsutikinti konserni nəzdində Tikinti-quraşdırma -sazlama idarəsində İstehsal-texniki şöbənin normallaşdırıcı mühəndisi kimi işə başalmış, 30.01.1998-ci ildə öz xahişi ilə işdən azad olub. 2003-2004-cü illərdə Bakı Pedaqoji Kadrların İxtisas artırma və Yenidənhazırlaşama İnstitutuna Riyaziyyat informatika fakültəsinə daxil olub. 2004-2012-ci illərdə müxtəlif təhsil mərkəzləri və hazırlıq kurslarında müqavilə ilə riyaziyyat müəllimi işləyib. Zəka tədris mərkəzi Zəngin tədris mərkəzi Hədəf kursları və s. (həm azərbaycan həm də rus) bolməsində calışıb. Ailəlidir 1 ovladı var.
Xudaverdiyeva Elnaz Zəfər qızı 18.05.1986-cı ildə Naxçıvan M.R. Şərur rayonunun Qarabağlar kəndində anadan olub. 1993-cü ildə Bakı şəhəri binəqədi rayonu 99№-li tam orta məktəbin I-sinfinə gedib. 2004-cü ildə həmin məktəbi bitirib və Azərbaycan Kooperasiya Universitetin Riyaziyyat və İnformatika fakültəsinə daxil olub və 2008-ci ildə həmin Universiteti bitirib. 15.09.2008-ci ildən 20.10.2009-cu ilə kmi 99№-li məktəbdə informatika fənni üzrə laborant vəzifəsində işləyib. 20.10.2009-cu ildən bu günə kimi Bakı şəhəri Binəqədi rayonu T.Heybətov adına 126№-li məktəbdə informatika fənni üzrə müəllim işləyir. Ailəlidir 1 övladı var.
Bünyatova Pərvanə Fikrət qızı 1969-cu ildə Bakı şəhərində anadan olub. 1976-cı ildə Bakı şəhəri 244 №-li orta məktəbin I sinfinə daxil olub. 1986-cı ildə həmin məktəbi medalla bitirib, Bakı Dövlət Universitetinin Mexanika Riyziyyat fakültəsinə daxil olub. 1991-ci ildə hemin Universiteti bitirib. 1991-ci ildən 1996-cı ilədək 267 №-li orta məktəbdə Riyaziyyat müəllimi işləyib. 1991-ci ildən 126 № məktəbində ixtisası üzrə müəllim işləyir.
Əlaqəli xəbərlər
"Sönməyən ulduzlar" adlı tədbir keçirildi
Cavadova Kifayet Xidir qızı 21.09.1963-cü ildə Masallı rayonunda olub. 1971-1981-ci illərdə Masallı rayonu 1№-li məktəbində orta təhsil almışdır. 1984-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş və 1989-cu ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir. 01.09.1989-cu ildə Masallı rayonu Baradigah qəsəbəsində 1№-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. 22.09.2004-cü ildən Bakı şəhəri Binəqədi rayonu 126№-li tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyir. Ailəlidir 2 övladı var.
Əhmədova Güləbətin İlyas qızı 1974-cü il dekabrın 15- i Bakı şəhərində anadan olub.1981-ci ildə Binəqədi rayonu 126 nömrəli məktəbin 1-ci sinfinə qəbul olub. 1991-ci ildə həmin məktəbin 11-ci sinifi bitirib. Oxuduğu illər ərzində drujna şurasının sədri vəzifəsində işləyib. 1991-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsinin axşam bölməsinə daxil olub, həmin ildən 126-nömrəli orta məktəbdə əvvəl fizika kobinetinin laborantı, daha sonra UBR vəzifəsində çalışıb. 1993-cü ildə həmin məktəbdə ixtisası üzrə ingilis dili fənnini tədris edir. 1995-ci ildə ali məktəbi bitirib. 2002-ci ildən YAP-ın üzvü,2007-ci ildən isə Yeni Azərbaycan Partiyası ərazisi ilk partiya təşkilatı sədri vəzifəsində işləyir. 2003-cü ildən məktəbdə yerləşən 8 saylı Binəqədi birinci seçki dairəsinin 6 saylı məntəqəsində katib, 2012-ci ildən həmin məntəqənin sədri vəzifəsində çalışır. Ailəlidir 2 övladı var.
Əlaqəli xəbərlər
“Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları dinlənildi
ŞAGİRDLƏRİMİZ MÜSABİQƏNİN QALİBİ OLDULAR
Orucova Vəfa Məmməd qızı 6 mart 1984-cü ildə Bakı şəhərində anadan olub. 1990-2000-ci illərdə 283№-li orta məktəbdə təhsil alib. 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Pedaqoji və psixologiya" fakültəsinə daxil olub. 2004-cü ildə ali təhsilini bitirib. Təhsilini davam etdirmək məqsədilə Bakı dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə qəbul olub. 2007-ci ildə isə oranı İnkişaf Psixologiyası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, magistr elmi dərəcsi almışdır.01.12.2004-cü ildən bu günə kimi Bakı şəhəri Binəqədi rayonu T.Heybətov adına 126 nömrəli məktəbdə Psixoloq vəzifəsində işləyir. Ailəlidir 1 övladı var.
Əliyeva Ilhamə İlyas qızı 1967-ci il 18 avqust Zərdab şəhərində anadan olub. 1974- cü ildə Zərdab şəhərində M.Qorkin adına 1 saylı orta məktəbə gedib. 1984-cü il həmin məktəbin 10-cu sinifini bitirib. 1986-ci ildə Azərbaycan Pedaqoji Xarici dillər institunun ingilis dili fakultəsinə daxil olub və 1991-ci ildə həmin institutu bitirmişdir. 1991-ci ildə təyinatla Zərdab rayonu Otmanoba kənd orta məktəbinə ingilis dili müəllimi təyin olunmuşdur. 1998-ci il Binəqədi rayonu T.Heybətov adına 126 nömrəli tam orta məktəbinə ingilis dili müəllimi vəzifəsinə qəbul edilmişdir. Ailəlidir 2 övladı var.
08.02.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-64 nömrəli əmrinə əsasən Bakı Şəhəri 126 №-li tam orta məktəbin bazasında Vətən İdman Liseyi PHŞ-ı yaradıldı. Lisey I Qarabağ müharibəsi şəh...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi