Nailiyyətlərimiz

UğurlarımızAzərbaycan Futbol Federasiyaları Assosiasiyası bayrağı altında 2020/2021-ci il U-13 komandası Çempion, 2021/2022-ci il U-14 komandası 2-ci yer, 2022/2023-cü il U-15 komandası isə Çempion olmuşdur. 19.06.2023-cü ildə U-12 komandası Türkiyənin Rize şəhərində keçirilən "Yiğit Demirel" Beynəlxalq Futbol turnirində Çempion olmuşdur.

Nailiyyətlərimiz2023/2024-cü tədris ilində liseyin 6 məzunu 600-dən çox bal toplayaraq müxtəlif ali təhsil müəssisəllərinə qəbul olmuşdur.  2023/2024-cü tədris ilində liseyin 102 məzunundan 44 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanmışdır.  2024-cü il məzunlarımızdan 11 şagird fərqlənmə attestatına layiq görülmüşdür. 

Hədəfimiz dinamik inkişafdır2012-2013-cü dərs ilində məktəbi tam orta təhsil kursu üzrə 59 nəfər bitirmişdir. Onlardan 50 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişdir. Sənəd verənlərdən 40 nəfər müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Məzunlardan bir nəfər- Məmmədov Murad ikinci qrupda rus bölməsi üzrə ən yüksək bal (677) toplayaraq dövlət xətti ilə Moskva Beynəlxalq Münasibətlər Universitetinə qəbul olunmuşdur. Nəticələrin təhlili göstərir ki, məzunların qəbul imtahanlarında topladıqları bal orta attestat balına uyğun olmuş, 5 nəfər 600-dən, 3 nəfər 500-dən, 3 nəfər 400-dən yuxarı bal toplamışdır. 2 nəfər dövlət xətti ilə, 3 nəfər isə müstəqil olaraq xarici ölkələrin universitetlərinə qəbul olunmuşdur. Qəbul olanlar sənəd verənlərin 80%-ni, məzunların isə 68%-ni təşkil edir. 2014-cü ildə tam orta təhsil kursu üzrə məktəbi 56 nəfər bitirmiş, 48 nəfər ali məktəblərə sənəd vermiş, 33 nəfər ali məktəb tələbəsi adını qazanmışdır 4 nəfər 600 baldan yuxarı, 5 nəfər 500-dən çoxc bal toplamış, qəbul faizi 68,75 olmuşdur. Məktəbin müstəqillik dövrü tarixində ilk dəfə olaraq Həsənzadə Rasim qızıl medala layiq görülmüş, 682 balla ADNA-nın Neft Qaz Mühəndisliyi fakültəsinə qəbul olunmuşdur. Səfərli Əziz ənənəni davam etdirmiş, 616 bal toplayaraq dövlət xətti ilə Moskva Beynəlxalq Münasibətlər Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil almaq hüququ qazanmışdır. Məktəbin güllə atıcılığı komandası 2013 və 2014-cü illərdə “Mahir nişançılar” yarışında, eləcə də Spartakiadada Bakı şəhəri üzrə I yeri tutmuşlar. Məktəbin XI sinif şagirdi İlyas Əhmədov su polopsu üzrə Respublika yığma komandasının üzvüdür.

HAQQIMIZDA

08.02.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-64 nömrəli əmrinə əsasən Bakı Şəhəri 126 №-li tam orta məktəbin bazasında Vətən İdman Liseyi PHŞ-ı yaradıldı. Lisey I Qarabağ müharibəsi şəh...

BİZİM FƏXRLƏRİMİZ

Məhəmməd Abışov Əhməd

Zərifə Kərimova Rasim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi