HAQQIMIZDA

08.02.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-64 nömrəli əmrinə əsasən Bakı Şəhəri 126 №-li tam orta məktəbin bazasında Vətən İdman Liseyi PHŞ-ı yaradıldı. Lisey I Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyır. Hal-hazırda lisey 550 şagird yerlikdir. Lisey şagirdləri üçün 90 yerlik yataqxana, 23 sinif otağı, 2 biologiya otağı, 1 fizika otağı, 1 kimya otağı, 2 informatika otağı, 1 akt zalı, kitabxana, hərbi kabinet, dərnək otağı, emalatxana, bufet-yeməkxana, 2 idman zalı, 1 fitnes zalı, 1 gimnastika zalı, 1 reabilitasiya otağı, 1 terapiya otağı, 1 direrktor otağı, 2 müavin otağı, 1 profil üzrə müavin (idman) otağı, 1 təsərrüfat müdiri otağı, 1 həkim otağı, təlimatçı otaqları, 1 inzibati otaq, 1 mühasib otağı, 1 kadrlar otağı, 1 psixoloq otağı, 1 məktəblinin dostu otağı, 1 fərdi qazanxana otağı, 1 çamaşırxana otağı, 1 mühafizə otağı, 1 stadion otağı nəzərdə tutulmuşdur. Lisey 2024-cü ildə əsaslı təmir edilmişdir. Liseyddə 588 nəfər şagirdin təlim-tərbiyəsi ilə 55 nəfər müəllim məşğul olur. Müəllimlərdən 55 nəfər daimi ştatda, 7 nəfər müqavilə ilə işləyir. Daimi ştatda olan müəllimlərin 55 nəfəri ali təhsilli, 3 nəfəri isə orta ixtisas təhsillidir. 1 nəfər pedaqogika üzrə fəlsəfə doktorudur. İki nəfər ilin "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. Hazırda məktəbdə 588 nəfər şagird 23 sinifdə komplektləşdirilib. V-IX siniflərin sayı 16, X-XI siniflərin sayı 7-dir. Tədris iki dildə- Azərbaycan və rus dillərində aparılır. Rus bölməsində 7 sinif fəaliyyət göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi