1961-ci ildə Ermənistan Respublikasının Göyçə mahalının Toxluca kəndində anadan olmuşdur. Həmin kənddə də tam orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirərək təşkilatçı metodist, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. Bakı şəhəri 162 və 49 nömrəli məktəblərdə ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. 2011-2012-ci tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi secilmişdir. 2012-ci ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək 329 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. 2017-ci ilin sentyabr ayından köçürmə (yerdəyişmə) əsasında 126 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır.
Abdullayev Rauf Ziyadxan oğlu 1957-ci il Ermənistan Respublikasının Amasiya rayonunda anadan olub. 1975-ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Institutun rus dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, 1980-ci ildə həmin institutun adı çəkilən fakültəsini bitirmişdir. 2004-cü ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitunun Tarix müəllimi kursuna daxil olub, 2005-ci ildə həmin kursu bitirmişdir. 2007-ci ildən Binəqədi rayonu 126 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini, 2012-ci ildən isə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Xəzər universitetinin təşkil etdiyi “Potensial direktor kursu”nu müvəffəqiyyətlə bitirərək uğur sertifikatına layiq görülmüşdür. YAP Binəqədi rayon siyasi şurasının üzvüdür. Eyni zamanda 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 11-ci məntəqəsində seçki komissiyasının sədri vəzifəsində işləmişdir.
Əhmədova Səidə Ələsgər qızı 1973-cü il oktyabr ayının 13-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1981-ci ildə Horadiz qəsəbəsində 1 nömrəli tam orta məktəbi əla qiymətlərlə başa vurub. 1991 ildə Bakı Dövlət Univerisitetinin şərqşünaslıq fakültəsinə daxil olub. 1996-cı ildə həmin universitetin şərqşünaslıq fakültəsini filoloq, türk dili və ədəbiyyatı müəllimi ixtisası üzrə müvəffəqiyyətlə başa vurub. “Ümumtəhsil məktəblərində ədəbiyyatın tədrisində kompüterdən istifadə” mövzusunda dissertasiya işi müdafiə edərək, 2010-cu il oktyabr ayının 12-də Ali Attestasiya Komisiyasının 32 nömrəli qərarı ilə pedaqoqika üzrə Fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2002-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnistitutunda İnformasiya və komunikasiya texnologiyalar şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyib. 2013-cü ildən Binəqədi rayonu Tərlan Heybətov adına 126 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. 2014-cü ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərmanla təltif olunub. Eyni zamanda gənc nəslin təlim-tərbiyəsində fəal iştirakina görə Gənclər və İdman idarəsinin Fəxri fərmanı ilə təltif olunub. 2012-2015-ci illərdə İKT-nin tədris prosesinə tətbiqi sahəsində həyata keçrilən təlimlərin təşkili və məzmunu üzrə məsləhətçi qismində fəaliyyət göstərib. Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları mövzusunda beynəlxalq seminarın fəal iştirakçısı olmuşdur. Ailəlidir, iki övladı var.
Əlaqəli xəbərlər
“Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları dinlənildi
Azərbaycan Ordusunun Şanlı Qələbəsi barədə rus bölməsinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirildi
Azərbaycan Ordusunun Şanlı Qələbəsi barədə azərbaycan bölməsinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirildi
Azərbaycan Dövlətini Şanlı Qələbəyə aparan daxili siyasət barədə 9-11-ci sinif şagirdlərinə mühazirə keçirildi
Əhmədiyyə Cəbrayılovun fəaliyyətinə həsr edilmiş onlayn təqdimat keçirildi
Hüsynova Aynur Məmməd qızı 1975-ci il avqustun 14-də Bakı şəhərində anadan olub. 1982-ci ildə Binəqədi rayonu 126 nömrəli məktəbin 1-ci sinfinə qəbul olub. 1992-ci ildə həmin məktəbi bitirib.1992-ci ildə N.Rəfibəyli adına 2 saylı Tibbi Texnikumuna daxil olub, 1995-ci ildə Texnikumu bitirib. 1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun qeyri-ərzaq malları əmtəəşünaslıq fakültəsinə daxil olub. 1998-ci ildə İnstitutu bitirib. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasına qəbul olub, 2000-ci ildə qeyri-ərzaq mallarının əmtəəşünaslıq ixtisaslaşması üzrə magistr dərəcəsi alıb.2001-ci ildə Beynəlxalq kollecdə iqtisadiyyat şöbəsinə müdir təyin olunub.08.05.2007-ci ildə öz xahişi ilə işdən azad edilib. 10.05.2007-ci ildə "Avtonəqliyyatservis" Departamentinin hərəkətin təhlükəzliyi şöbəsində mütəxəsis vəzifəsində işləyib. 15.09.2009-cu ildə öz xahişi ilə işdən azad olub. 01.04.2013-cü ildən Bakı şəhəri Binəqədi rayonu T.Heybətov adına 126 nömrəli tam orta məktəbində direktorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) vəzifəsində çalışır.
Bədəlov Əbdülqədir Bədəl oğlu 1969-cu il aprelin 07-də Cəbrayıl rayonu G. Veysəlli kəndində anadan olub.1976-cı ildə Cəbrayıl rayonu G.Veysəlli kənd natamam orta məktəbinin 1-ci sinifinə qəbul olub. Həmin məktəbin 8-ci sinifini bitirdikdən sonra Soltanlı kəndi Dirili Qurbani adına orta məktəbin 9-cu sinifinə qəbul olub. 1986-cı ildə həmin məktəbin 10-cu sinifinibitirib. 1987-1989-cu illərdə Ukrainada Hərbi xidmət borcunu yerinə yetirib. 1989-cu ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. 1992-ci ildə Qarabağ uğurunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirib. 1994-1997- illərdə Binəqədi rayonu 157 nömrəli tam orta məktəbində Hərbi rəhbər vəzifəsində müəllim işləmiş. 1997-ci ildə öz xahişi ilə işdən azad olmuş. 1998-ci ildə Binəqədi rayonu 103 nömrəli məktəbdə Hərbi hazırlıq müəllimi işləmişdir.2004-cü ildən köçürülmə yolu ilə Binəqədi rayonu T.Heybətov adına 126 nömrəli tam orta məktəbində ibtidai hərbi hazırlıq müəllimi illəyir. Evlidir 2 övladı var.
Əhmədova Əfayə Mustafa qızı 1959-cu il sentyabr ayının 21-də Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olub. 1966-cı ildə Yuxarı Şilyan kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1976-cı ildə həmin məktədi bitirib. 1977-ci ildə S.M.Kirov adına ADU-nun kitabxanaçılıq fakültəsinə qəbul olub. 1982-ci ildə ali təhsilini bitirib. 1976-cı il noyabr ayından axşam şöbəsində oxumağı ilə əlaqədar olaraq Volodarski adına tikiş fabrikində işə qəbul olub. 1989-cu ilin may ayına kimi həmin fabrikdə tikişçi vəzifəsində işləyib.17.06.1991-ci ildən Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli məktəbdə Kitabxana müdiri vəzifəsində işləyir. Ailəlidir 3 övladı var.
Nəsibova Nuridə Camaleddin qızı 2 aprel 1987-ci ildə Goranboy rayonu Safikürd kəndində anadan olub. 1994-cü ildə Goranboy rayonu Safikürd kənd orta məktəbinin 1-ci sinfinə gedib. 2004-cü ildə həmin məktəbi bitirib 2005-ci ildə Bakı dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 2009-cu ildə həmin universiteti bitirib. Universiteti bitirdikdən sonra 15.09.2012-ci ilə kimi Goranboy rayonu Qara suçu kənd orta məktəbində fizika fənnini tədris edib. 01.05.2010-ci ildən 22.12.2014 -cü ilə kimi Goranboy rayonu Safikürd kənd orta məktəbində ixtisası üzrə Fizika fənnini tədris edib. 07.01.2015-ci ildənBakı şəhəri Binəqədi rayou T.Heybətov adına 126 nömrəli məktəbdə UBR. vəzifəsinə işə qəbul edilib. Hal-hazırda analıq məzuniyyətindədir Ailəlidir 1 övladı var.
126 nömrəli tam orta məktəb 1967-ci ildə istifadəyə verilib. Məktəb şəhid Tərlan Heybətovun adını daşıyır. Məktəbin binası birtipli layihə əsasında inşa olunub. 1060 yerlikdir. Məktəbdə sinif otağı,...
© Azərbaycan Respublikasının Təhsil Nazirliyi