"Sönməyən ulduzlar" adlı tədbir keçirildi

8 NOYABR-ZƏFƏR GÜNÜ ilə bağlı T.Heybətov adına 126 nömrəli tan orta məktəbin tədbirlər planına əsasən 6a, 6b, 7a, 8a, 8c, 8ç, 9a, 10a, 10b, 11b sinif şagirdlərinin iştirakı ilə məktəbdə Noyabrın 5-də "Sönməyən ulduzlar" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak etdi. İlk öncə Dövlət himni səsləndirildi, sonra bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi. Məktəbin direktoru T.Əsədova tarixi qələbəmizdə Ali Baş Komandanımızın daxili və xarici siyasətindən, müzəffər ordumuzun rəşadətindən  danışdı. Tarix müəllimləri Ş.Məmmədli və P.Pənahov ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini çıxışlarında qeyd etdilər. Daha sonra şagirdlərin ifasında şeirlər səsləndi, mahnılar oxundu, musiqi alətlərində ifalar səsləndirildi. Məktəbdə fəaliyyət göstərən siniflərin hər birinə bir şəhidimizin adı verildi. Tədbirin sonunda məktəbin məzunu qazi-Murad Balakişiyev şagirdlərin görüşünə gəlmişdir. Murad şagirdlərin suallarını cavablandırmış, xidmət zamanı rastlaşdığı qururveriçi anlarından söhbət açmış, şagirdlərlə xatirə şəkilləri çəkdirmişdir. Tədbir 11b sinif şagirdi R.Aslanovun ifasında “Şuşanın dağları” mahnısı ilə bitmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi