Pedaqoji şura iclası keçirildi.

30 may 2025-ci il tarixində T.Heybətov adına "Vətən" idman liseyində növbəti Pedaqoji şura iclası keçirilmişdir.

İclası liseyin direktoru Tərminə Əsədova açıq elan edərək, ölkəmizdə aparılan təhsil siyasətindən ətraflı danışdı və iclas iştirakçılarını Pedaqoji şuranın gündəliyi ilə tanış etdi. Direktor "Son Zəng" tədbirinin keçirilməsinə dair təlimat, Fərqlənmə attestatlarına namizədlər, ll yarımil üzrə BSQ lərin keçirilməsi, hesabatlılıq və s. vacib məsələlər barədə çıxış etdi.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmıdova çıxış edərək , iclasda gündəlikdə duran "Son zəng" tədbiri ilə bağlı valideynləri maarifləndimək məqsədi ilə hazırlanmış təlimat barədə danışdı.

Daha sonra isə mənəvi-psixoloji mühitin yaradılması, sağlamlıq üçun təhlükəsiz və zərərsiz təhsil şəraitinin təşkili, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması barədə mövcud vəziyyət təhlil edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi