Əliyeva Ülkər Nizam qızı 1982-ci il yanvar ayının 2-də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Binəqədi rayonu 248 saylı məktəbi bitirdikdən sonra 2000-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə yüksək balla qəbul olmuşdur. 2004-cü ildə ADU-ni bitirdikdən sonra Nərimanov rayonu 304 saylı məktəb-liseydə ingilis dili müəllimi kimi fəaliyyətə başlamışdır. Işlədiyi müddət ərzində özünü savadlı, tələbkar və fənnini gözəl tədris edən bir müəllim kimi tanıtmış, şagirdlərin ingilis dilini öz ana dili kimi sevməsinə, eləcə də, onların təhsillərini xaricdə davam etdirilməsinə nail olmuşdur. Ülkər xanım daim öz üzərində işləmişdir. 2010-cu il Azərbaycan Respublilkası Təhsil Nazirliyinin təşkil etdiyi “ Yeni fənn kurikulumlarının tətbiqi” ilə əlaqədar olaraq “ Öyrədənlərin öyrədəni” kursundan müvəffəqiyyətlə keçərək “ Təlimçi” statusunu almışdır. Uğurlar onu hər zaman izləmişdir. 2011-ci ildən etibarən Britaniya Konsulluğu və AR Təhsil Nazirliyinin təşkil etdiyi çoxlu sayda təlimlərdə, kurslarda, konfranslarda fəal iştirak etmişdir. 2014-cü ildə Britaniya konsulluğunun təşkil etdiyi “ Şekspirin 450 illiyi” layihəsində dərs planı müsabiqəsində 3-cü yerə layiq görülmüşdür. Daha sonra həmin ildə “21-ci əsrin müəllimləri” proqramı çərçivəsində keçirilən müsabiqəni qazanmış və Respublika üzrə seçilən 11 müəllimlə birlikdə İngiltərənin paytaxtı London şəhərində St Mary Universitetində keçirilən “ Winter Training Program”ında uğurla iştirak etmişdir. Noyabr 2018 - iyun 2019-cu il tarixi müddətində Britaniya Konsulluğu və AR Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində Müəllimlərin inkişafı təlimində uğurla iştirak etmiş və APTİS ingilis dili testindən yüksək nəticə əldə etmişdir.
Adıgözəlova Könül Əbülfət qızı 07.08.1974-cü ildə Fizuli rayonunda anadan olub. 1981-ci ildə Fizuli rayonu B.Sərdarov adına 1№-li orta məktəbin I-sinfinə qəbul olub. 1993-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının filologiya fakültəsinə daxil olub. 1997-ci ildə ali təhsilini başa vurub. 09.12.1997-ci ildən bu günə kimi ixtisası üzrə Azərbaycan dilivə ədəbiyyat fənnini tədris edir. Ailəlidir 2 övladı var.
Əlaqəli xəbərlər
Şəhidlər Xiyabanı ziyarət edilmişdir
Adullayeva Nəzakət Məmmədrəsul qızı 1959-cu ildə Sumqayıt şəhərində anadan olub. 1966-cı ildə Sumqayıt şəhərindəki 15 nömrəli orta məktəbə qəbul olub. 1976-cı ildə həmin məktəbi bitirib.28.01.1977-ci ildə Sumqayıt şəhər məlumat hesablama stansiyasında operator vəzifəsində fəaliyyət göstərib. 05.12.1984-cü ildən 09.04.1985 ci ilə qədər Bakı şəhərindəki "Azərittifaqın" maşın hesablama stansiyasında operator vəzifəsində çalışıb. 1978-ci ildə SSSR-nin 50 illiyi adına Azərbaycan Xarici Dillər İnstutuna axşam şöbəsinə daxil olub 5 iyul 1983-cü ildə həmin institunun ingilis dili fakültəsini bitirib. 10.12.1997 Binəqədi rayonu 126 nömrəli orta məktəbdə ixtisası üzrə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Ailəlidi 3 övladı var.
Əlaqəli xəbərlər
Məktəbimizdə Heydər Əliyevin anım günü qeyd olundu
Məmmədli Şirincan Əvəz qızı 1969-cu il sentyabrın 15-də Kəlbəcər rayonunun Sınıqkilsə kəndində anadan olub. 1975-ci ildə həmin kəndin orta məktəbinin 1-ci sinifinə qəbul olub. 1982-ci ildə həmin məktəbin 8-ci sinifini fərqlənmə şəhadətnaməsi ilə bitirib. 1982-ci il Kirovabad Pedaqoji məktəbinin ibtidai təhsilinin metodikası və pedaqoqikası şöbəsinə daxil olub. 1987-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1992-ci ildə tarix müəllimi ixtisası üzrə ali məktəbi bitirib. 1992-ci ildən Bakı şəhəri 157 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlayıb. 1995-ci ildən Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli tam orta məkbində tarix dərsini tədris edir. Vaxtaşırı dövri mətbuatda elmi məqalələrlə çıxıb edib. 2004-cü ildə keçirilən "Pedaqoji mühazirələr"müsabiqəsində 2-ci yeri, 2012-ci ildə keçirilən tarix aylığında və 2013-cü ildə keçirilən "İnnovativ müəllim" müsabiqəsində III yerə layiq görülmüşdür. Tərtib etdiyi dərs nümunəsi "Bakı təhsili" qəzetində nəşr olunub. Bakı şəhəri üzrə Müəllimlər Diaqnostik qiymətləndirmə imtahanında 100%-lik nəticə göstərib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. "İnnovativ müəllim" "Ən yaxşı müəllim", "Ən yaxşı yazı" (2015-III yer), 2016-I yer) müsabiqələrinin qalibi olub. eTwinning -2016 Malta Illik konfransının iştirakıçısıdır. Dərsliklərin qiymətləndirmə şurasında ekspertdir. eTwinning çərçivəsində iştirak etdiyi bir çox lahiyələr yerli və Avropa keyfiyyət nişanlarına layiq görülüb. Bir neçə elmi məqalənin müəllifidir. Onlarla yerli və beynəlxalq kurs və seminarlarda iştirak etmiş, diplom və sertifikatlara təltif edilmişdir. dünya təhsilinə inteqrasiya məqsədilə dərslərini onlayn şəkildə müxtəlif ölkələrin müəllimləri ilə əməkdaşlıq şəraitində qurur.
Əlaqəli xəbərlər
"Sönməyən ulduzlar" adlı tədbir keçirildi
Ölkəmizin təhsil sistemində beynalxalq layihələrin genişləndirilməsinə xüsusi önəm verilir.
Salahova Ruziyə Əjdər qızı 25 may 1990-cı il Bakı şəhərin də anadan olub. 1997-ci ildə Hacıqabul şəhəri A.Dadaşov adına 5 saylı tam orta məktəbin I-ci sinifinə daxil olub. 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinə daxil olub. 2012-ci ildə Riyaziyyat və İnformatika ixtisasına yiyələnərək Universiteti bitirmişdir. 2012-ci ildə Azrbaycan Dövlət Pedaqoji Universitetinin Magistra şöbəsinin Riyaziyyatın tədrisinin metodiksı və metodologiyası ixtisasına qəbul olub. 2012ci ildən Binəqədi rayonu T.Heybətov adına 126 nömrəli tam orta məktəb də informatika müəllimi kimi fəaliyyət göstərir. Ailəlidir 2 övladı var.
Ağasıyeva Sevinc Yaqub qızı 01.01.1970-ci ildə Bakı şəhərində anadan olub.1976-1986-cı ildə orta təhsil alıb. 1986-cı ildə M.Ə.Rəsulzadə adına universitete daxil olub. 1991-ci il riyaziyyat ixtisası üzrə tam kursu bitirib. 21.08.1991-ci ildə 211№-li orta məktəbinə ixtisası üzrə riyaziyyat müəllimi təyin olundu 1992-ci ildən bu günə kimi Binəqədi raonu 126 №-li tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyir.Ailəlidir 1 övladı var.
Əlaqəli xəbərlər
Bilik yarışının qaliblərinə sertifikatlar təqddim edilmişdir.
Ağayeva Hökümə Qaraxan qızı 1961-ci ildə Sumqayıt şəhərində anadan olub. 1969-cu ildə I-sinfə gedib və 1979-cu ildə orta məktəbi bitirib. 1979-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnistitutun Rus dili və ədəbiyyat fakültəsinə daxil olub. 1984-cü ildə ali təhsilini başa vurmuşdur. 1984-cü ildə göndərişlə Yardımlı rayonunun Köryədi kəndində rus dili müəllimi işləmişdir. 1987-ci ildə müəllimlərin VII qurultayına nümayəndə seçilmiş və iştirakçısı olmuşdur. Təyinat vaxtı bitdikdən sonra 1987-1990-cı illərdə Sumqayıt şəhərində 35 №-li məktəbdə Rus dili müəllimi işləmişdir.1990-cı ildə ailə vəziyyətilə əlaqədar olaraq Bakı şəhərinə köçmüş. 1990-cı ildə köçürmə yolu ilə Sumqayıt şəhəri 35№-li orta məktəbdən Bakı şəhəri Binəqədi rayonu 126 №-li tam orta məktəbə Rus dili müəllimi kimi təyin olunmuşdur.
Şirinova Sona İdris qızı 1966-cı il 1 avqustda Ermənistanın SSR Qafan rayonunun Oxtar kəndində anadan olub. 1973-cü ildə Oxtar kənd orta məktəbinə gedib. 1983-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib, həmin ildə Bakı şəhərindəki indiki N.Tusi ( keçmiş V.İ.Lenin) adına APİ-yə daxil olub. 1987-ci ildə həmin İnstitutu qırmızı diplomla bitirib 1987-1988 -ci illərdə təyinatı üzrə Ermənistan SSR Masis rayonunun Zəhmət kəndində coğrafiya müəllimi təyin olunub. 1988-ci ildə Bakı şəhərinə köçüb. 1993-cü il Binəqədi rayonu 30 saylı məktəbdə UTB-yi rəhbəri işləyib. 1993-cü il 26 avqustan bu günə kimi Binəqədi rayonu 126 nömrəli məktəbində ixtisası üzrə coğrafiya fənnini tədris edir. Ailəlidir. 2 övladı var.
08.02.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-64 nömrəli əmrinə əsasən Bakı Şəhəri 126 №-li tam orta məktəbin bazasında Vətən İdman Liseyi PHŞ-ı yaradıldı. Lisey I Qarabağ müharibəsi şəh...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi