assembly

Pedaqoji şura keçirildi


28.11.2020

27 noyabr 2020-ci il tarixində məktəbdə növbəti pedoqoji şura keçirildi. Keçirilən onlayn şurada 48 müəllim  iştirak etdi.

Məktəb direktoru Tərminə Əsədova çıxış edərək bir daha Azərbaycan xalqının tarixi qələbəsi münasibəti ilə şura iştirakçılarını təbrik etdi, bu yolda şəhid olan qəhrəmanlarımıza rəhmət, qazilərimizə sağlamlıq arzu etdi. Direktor gündəlikdə verilən iki məsələni iştirakçıların nəzərinə çatdırdı.

Birinci məsələ: Azərbaycan Respublikası Təhsil nazirinin 16 noyabr 2020-ci il tarixli, F-512 nömrəli əmrinin müzakirəsi vəməktəb icra planının müzakirəsi.

İkinci məsələ: Virtual məktəbdə tədris prosesinin monitorinq nəticələri, problemlər, perspektivlər.

Birinci məsələ üzrə tədbirlər planında təlim-tərbiyə sahələr üzrə bölğünün aparılması, hədəf qruplarının müəyyən edilməsi, məsul şəxslərin təyin edilməsi,  reallaşdırılacaq tədbirlərin vaxtı və s. kimi məsələlər müzakirə edildi, qarşılıqlı müzakirələr nəticəsində növbəti addımlar müəyyənləşdirildi. Direktor vətənpərvərlik mövzusunda onlayn təşkil edilən məktəbdənkənar fəaliyyətlə bağlı tədbirlər təşkil edən fəal müəllimlərə və təşkilatçıya təşəkkür etdi və günün tələblərini nəzərə almaları barədə tövsiyələr verdi.

İkinci məsələnin müzakirəsində isə son yeddi dərs günü və son ay ərzində cədvəl üzrə dinlənilən dərslərin təşkili və məzmunu barədə təlim-tərbiyə işləri üzrə direktor müavini R.Abdullayev danışdı. Müəllimlərin sinif jurnallarını yazması qaydalarına da direktor müavini münasibətini bildirdi.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova Azərbaycan Respublikası Təhsil nazirinin 16 noyabr 2020-ci il tarixli, F- 512 nömrəli əmrindən irəli gələn məsələlərin 2020-2021-ci tədris ilinin tədbirlər planına əlavə edilmiş variantı haqqında məruzə etdi və bu məsələ ilə bağlı dərnək rəhbərləri, sinif rəhbərləri, kiçik akademiya üzvləri, fənn müəllimləri ilə təşkil edilmiş görüşlər və iş bölgüsü haqqında danışdı. Direktor müavini Virtual məktəbdə şagirdlərin dərsə davamiyyəti barədə insights proqramı üzrə analitik təhlil nəticələrini elan etdi. Aktiv şagirdlər, platformada aktiv olmayan şagirdlər, teledərsləri izləyən şagirdlər barədə sinif göstəricilərini də sinif rəhbərləri ilə müzakirə etdi.

Dərslərin təşkili və məzmunu ilə bağlı metodbirləşmə sədrləri tövsiyə və təkliflərini müəllimlərlə bölüşdü.

Məktəbin tarix müəllimi Ş.Məmmədova şagirdlərin hazırladığı videoçarxların müxtəlif dillərdə hazırlanmasını və bu işdə xarici dil müəllimlərinin də səfərbər olmasının zəruriliyindən danışdı.

Metodbirləşmə sədri G.Əhmədova son günlərdə onlayn keçirilən təşkilat saatlarında aparılan söhbətlərin Vətən müharibəsi qəhrəmanlarına həsr edildiyindən, indiki həssas məqamda müəllimlərin üzərinə düşən məsuliyyətdən, yeni yetişən mübariz ruhlu gənclərdən danışdı.

 Sonda direktor T.Əsədova müəllimlərin təkliflərini dinləyib münasibət bildirdi, işlərində hər kəsə uğurlar dilədi.

Bütün çıxışlarda birlik, həmrəylik, xalqın milli kimliyinin əhəmiyyəti kimi məsələlər səsləndirildi.

Qarabağ Azərbaycandır!

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/126/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri
Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM