“5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində tətbiq edilən “İdman həftəsi” layihəsinin fəal iştirakçıları dəyərləndirildi.

    İdman-insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkətidir. Uzun müddətli araşdırmalardan sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir.

    126 nömrəli tam orta məktəbdə keçirilən “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində tətbiq edilən “İdman həftəsi” layihəsinin məqsədi şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği olmuşdur.

“İdman həftəsi” layihəsi çərçivəsində 28 fevral – 4 mart 2022-ci il tarixli proqrama uyğun olaraq məktəbdə şagirdlərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, görüşlər, nümunəvi çıxışlar, qol güləşi, futbol idman növü üzrə yarışlar keçirilib, qaliblərə mükafatlar təqdim edilib. 

    28 fevral – 4 mart 2022-ci il tarixdə keçirilən idman həftəsi yekunlaşdıqdan sonra həyata keçirilən tədbirlərdə fəal iştirak edən şagird və məsul şəxslər dəyərləndirilmişdir.

    Layihə şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı xüsusi əhəmiyyət kəsb etmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi