"28 may-Müstəqillik günü" qeyd edildi.

    Mayın 27–də Tərlan Heybətov adına "Vətən" idman liseyinin tərbiyə işləri üzrə direktor müavini S.Əhmədovanın təşkilatçılığl ilə liseyin Akt zalında “28 May-Müsəqillik Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.     Tədbirdə Tərlan Heybətov adına "Vətən" idman liseyinin direktoru T.Əsədova, liseyin tarix müəllimi Ş.Məmmədli, sinif rəhbərləri, fənn müəllimləri və şagirdlər iştirak etdilər.
    Liseyin direktoru T.Əsədova  məruzəsində tədbirin əhəmiyyəti, aktuallığı haqqında danışdı. Direktor Müstəqillik Gününün 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılması, Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanunun qəbul edilməsi, elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanunun təsdiqlənməsi, Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Gününün elan edilməsi barədə şagirdlərə geniş  məlumat verdi. T.Əsədova çıxış zamanı Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması, təməllərinin möhkəmləndirilməsi uğrunda göstərdiyi əvəzsiz xidmətləri barədə geniş fikirlər söylədi.
    Şagirdlər liseyin tarix müəllimi Ş.Məmmədlinin AXC-nin yaranması, fəaliyyəti, mədəni quruculuq tədbirləri haqqında verdiyi sualları cavablandırdılar. Ş.Məmmədli çıxışında,  cəmi 23 ay fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilən çox ciddi tədbirlər nəticəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil bir dövlətin yaradılmasının böyük tarixi  hadisə olduğunu vurğuladı.
    Rus bölməsinin 6c sinfində təhsil alan şagirdlər Z.Xanbabayevanın ifasında səslənən "Azərbaycan" musiqisini rəqs edərkən yüksək vətənpərvərlik ruhu nümayiş etdirdilər. 5a və 5ç sinif şadirdləri müstəqilliyimizə hısr edilmiş şeirlər söylədi. Liseyin balaca rəssamları müstəqilliyimiz haqqında olan təsəvvürlərini tədbirə gətirdikləri rəsm əsərlərində təqdim etdilər.   8a sinfində təhsil alan şagirdlər isə texnologiya dərslərində hazırladıqları əl işlərini təqdim edərək tədbirə öz töhvələrini verdilər.

    Tədbirin sonunda istedad və yaradıcılığıyla fərqlənən siniflər məktəb rəhbərliyi tərəfindən Sertifikatlarla dəyərləndirildilər.
    Direktor müavini S.Əhmədova tədbiri Ulu Öndərimiz Heydər Əliyevin "Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir" sözləri ilə yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi