“Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları dinlənildi

07 dekabr 2020-ci il tarixlində “Vətənin qəhrəman oğulları” mövzusunda onlayne şagird təqdimatları dinlənildi.

Onlayn keçirilən tarix dərslərinin əvvəlində, təşkilat saatlarında müəllimlər Vətən müharibəsi, Azərbaycan Ordusunun qəhrəmanlıqları, Vətən uğrunda canını fəda etmiş şəhidlərimiz haqqında danışırlar, hər bir azərbaycanlının, xüsusən gənclərin onların ruhu qarşısında borclu olması ilə bağlı məsələlərə toxunurlar.

Şagirdlər öz profillərinə Vətən uğrunda şəhid olmuş qəhrəmanların fotolarını yerləşdirərək onların əziz xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib, qəlblərdə hər zaman yaşayacaqlarını vurğulayırlar.

 

Bunlarla yanaşı şagirdlər vətən müharibəsi qəhrəmanlarını dünyada tanıtmaq, onları anmaq, xatirələrini əbədiləşdirmək məqsədiilə hazırladıqları videotəqdimatları  ingilis dilində təqdim etmişlər.

İngilis dili müəllimləri G.Əhmədova, S.Fətəliyeva, İ.Əliyeva, T.Davudova  ingilis dilini tədris etdiyi qruplarda  “Vətənin qəhrəman oğulları” mövzusunda Virtual məktəb platforması üzərindən distant mühazirələr söyləmişlər.

Dil və İKT bacarıqları ilə fərqlənən şagirdlərin təqdim etdikləri videoçarxlarda şəhidlərimiz (foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi) haqqında məlumatlar ingilis dilində təqdim edilmişdir.

07 dekabr 2020-ci il tarixli Microsoft Teams üzərindən təşkil edilən görüşdə şagirdlərin təqdimatları dinlənilmiş, məktəb rəhbərliyi, metodbirləşmə sədri izlənilən təqdimatlarla bağlı tövsiyələrini bildirmişlər.

Təlim-tərbiyə işləri üzrə direktor müavini R.Abdullayev itkin düşmüş hesab olunan hərbi qulluqçularımızın tapılması üzrə işlərin davam etdirilməsi barədə şagirdlərin suallarını cavablandırmışdır.

Məktəb direktoru bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad edərək, Allahdan onlara rəhmət, onların yaxınlarına səbir dilədi. Dövlətimizə belə gözəl, igid övladlar yetişdirdiklərinə görə şəhidlərimizin valideynlərinə öz təşəkkürünü bildirdi.

Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu etdi.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi