https://bakimektebleri.edu.az/126/az/teachers/1/
Şirincan Məmmədli Əvəz
Müəllim
- Şirincan Məmmədli Əvəz
- Vəzifə: Müəllim
- Fənn: Ümumi tarix
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti
- Təvəllüd: 15.09.1969
- İlk fəaliyyət ili: 05.10.1992
- E-mail: [email protected]
Məmmədli Şirincan Əvəz qızı 1969-cu il sentyabrın 15-də Kəlbəcər rayonunun Sınıqkilsə kəndində anadan olub. 1975-ci ildə həmin kəndin orta məktəbinin 1-ci sinifinə qəbul olub. 1982-ci ildə həmin məktəbin 8-ci sinifini fərqlənmə şəhadətnaməsi ilə bitirib. 1982-ci il Kirovabad Pedaqoji məktəbinin ibtidai təhsilinin metodikası və pedaqoqikası şöbəsinə daxil olub. 1987-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1992-ci ildə tarix müəllimi ixtisası üzrə ali məktəbi bitirib. 1992-ci ildən Bakı şəhəri 157 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlayıb. 1995-ci ildən Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli tam orta məkbində tarix dərsini tədris edir. Vaxtaşırı dövri mətbuatda elmi məqalələrlə çıxıb edib. 2004-cü ildə keçirilən "Pedaqoji mühazirələr"müsabiqəsində 2-ci yeri, 2012-ci ildə keçirilən tarix aylığında və 2013-cü ildə keçirilən "İnnovativ müəllim" müsabiqəsində III yerə layiq görülmüşdür. Tərtib etdiyi dərs nümunəsi "Bakı təhsili" qəzetində nəşr olunub. Bakı şəhəri üzrə Müəllimlər Diaqnostik qiymətləndirmə imtahanında 100%-lik nəticə göstərib. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. "İnnovativ müəllim" "Ən yaxşı müəllim", "Ən yaxşı yazı" (2015-III yer), 2016-I yer) müsabiqələrinin qalibi olub. eTwinning -2016 Malta Illik konfransının iştirakıçısıdır. Dərsliklərin qiymətləndirmə şurasında ekspertdir. eTwinning çərçivəsində iştirak etdiyi bir çox lahiyələr yerli və Avropa keyfiyyət nişanlarına layiq görülüb. Bir neçə elmi məqalənin müəllifidir. Onlarla yerli və beynəlxalq kurs və seminarlarda iştirak etmiş, diplom və sertifikatlara təltif edilmişdir. dünya təhsilinə inteqrasiya məqsədilə dərslərini onlayn şəkildə müxtəlif ölkələrin müəllimləri ilə əməkdaşlıq şəraitində qurur.
Əlaqəli xəbərlər
"Sönməyən ulduzlar" adlı tədbir keçirildi
Ölkəmizin təhsil sistemində beynalxalq layihələrin genişləndirilməsinə xüsusi önəm verilir.
Nahidə İsayeva Məmməd
Müəllim
- Nahidə İsayeva Məmməd
- Vəzifə: Müəllim
- Fənn: Ümumi tarix
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Universiteti
- Təvəllüd: 26.06.1958
- İlk fəaliyyət ili: 18.09.1984
- E-mail: [email protected]
İsayeva Nahidə Məmməd qızı 1958-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 1965-ci ildə Gəncəşəhərində 18 saylı dəmir yol orta məktəbinə daxil olub, 1975-ci ildə həmin məktəbi bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub , 1981-ci ildə həmin Universiteti bitirib tarixçi, tarix və ictimayyət müəllimi ixtisası alıb. 1982-ci ilin yanvar ayında Gəncə şəhəri 34 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlayıb. 1984-cü ildə sentyabr ayından ailə vəziyyəti ilə əlaqədar olaraq öz xahişi ilə işinə xitam verildi. 1990-cı ilin 6 noyabr tarixindən 1993-cü ilin avqustun 17-nə qədər Bakı şəhəri "Nizami"adına referent işləyib. 15.02.2001-ci ildən 01.10.2001-ci ilə qədər Ali Diplomatiya Kollecində tələbə elmi dərnəklərinin kuratoru vəzifəsində çalışıb. Ailəlidi iki övladı var.
Əlaqəli xəbərlər
Azərbaycan Ordusunun Şanlı Qələbəsi barədə rus bölməsinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirildi