Ölkəmizin təhsil sistemində beynalxalq layihələrin genişləndirilməsinə xüsusi önəm verilir.

Bu günlərdə aktuallığı ilə seçilən beynəlxalq layihələrdən biri də “e-Twinning” layihəsidir. Həyata keçirilən “e-Twinning” layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər: Layihə çərçivəsində Azərbaycan şagirdləri və müəllimləri Avropadan olan həmkarları və həmyaşıdları ilə təcrübə mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanırlar. Layıhənin ictimai müzakirəsinin həyata keçirilməsi məqsədi ilə 26-29 oktyabr tarixində Maltada illik konfrans keçirilmişdir. Avropa şurasının dəstəklədiyi İllik konfransa 42 ölkədən olan 500-dən artıq nümayəndə dəvət olunmuşdur. Bu nümayəndələr arasında Azərbaycan Respublikası Təhsil Nazirliyini təmsil edən üç nümayəndədən biri də məktəbimizin tarix müəllimi Şirincan Məmmədovadır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi