Azərbaycan Ordusunun Şanlı Qələbəsi barədə rus bölməsinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirildi

2020-ci ilin sentyabr ayının 27-də təcavüzkar Ermənistan respublikasının silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı hərbi əməliyyatları dövlətimizin və xalqımızın mübarizəyə qalxmasını zəruri etdi.

Qarabağ savaşının beləliklə yeni həlledici mərhələsinin başlanmasına və tarixi qələbəmizə təkan verdi. "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında Təhsil Nazirliyinin fəaliyyət planı əsasında təsdiq edilmiş məktəbin tədbirlər planı üzrə rus bölməsində vətən müharibəsi dövründə dövlətimizin daxili və xarici siyasətini əks etdirən məruzələrin dinlənilməsi təşkil edilmişdir.

07.12.2020-ci il tarixində keçirilən məruzəni isə rus bölməsinin tarix müəllimi N.İsayeva söyləmişdir.

N.İsayeva Şuşa şəhərinin və ölkənin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nəaliyyətləri haqqında Azərbaycan Ordusunun Şanlı Qələbəsi barədə şagirdləri faktlarla məlümatlandırdı.

Şuşa rayonunun Azərbaycan Respublikasında inzibati  ərazi vahidi olduğunu,  1930-cu ildə təşkil edildiyini, Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşdiyini, 1992-ci ildən erməni silahlı dəstələrinin işğalı altında olmasını və s kimi tarixi faktları da şagirdlərə xatırlatdı.

Tarix müəllimi N.İsayeva Şüşa şəhərinin  8 noyabr 2020-ci ildə vəhşi düşməndən azad edilməsi faktını söylərkən keçirdiyi sevinc hisslərindən doğan göz yaşlarını gizlədə bilmədi.

Görüş iştirakçıları vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun Şanlı Qələbəsini qeyd edərək bu yolda Şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə can sağlığı, Şəhid ailələrinə səbr diləmişlər.

Virtual məktəb üzərindən təşkil edilən mühazirə zamanı məktəbin müəllimləri, sinif rəhbərləri və şagird kandingenti planlanmış görüşdə iştirak etdilər.

Microsoft Teams platforması üzərindən online şəklində təşkil edilmiş məruzənin video yazısı qeydə alınmışdır.

Məruzənin sonunda ölkəmizin daxili və xarici siyasətini əks etdirən videoçarxlar dinlənilmişdir.

Görüşdə məktəb rəhbərliyi və valideynlər də iştirak etmişlər.

Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi