"I Uşaq Teatr Festivalı"nda təqdim olunan "Şəngülüm, Şüngülüm, Məngülüm" uşaq tamaşasında iştirak edən şagirdlərimiz sertifikatla təltif olunublar

Ruhulla Axundov adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Tumurcuq" uşaq özfəaliyyət teatrının "I Uşaq Teatr Festivalı"na təqdim etdiyi "Şəngülüm, Şüngülüm, Məngülüm" uşaq tamaşasında məktəbimizin VI sinif şagirdləri Əlizadə Nəzakət, Sultanlı Leyla, Zeynallı Lalə, Cəbrayılov Rahim, Məlikzadə Şəms və VII sinif şagirdləri Əliyev Ramiz, Hüseynli Fəxrəddin tamaşada əsas obrazları canlandıraraq münsiflər tərəfindən böyük rəğbətlə alqışlanıblar. Yaradıcı heyət festivalın münsiflər tərəfindən verilən sertifikatları ilə təltif olunub. Məktəb rəhbərliyi şagirdlərimizi təbrik edir və bu işdə əməyi olanlara təşəkkür edir. Uğurlarınız bol olsun.