"Rəqəmsal dünyada təhlükəsiz ödənişlər: öz məlumatlarımızı və pulumuzu necə qoruyaq?" mövzusunda keçirilən təqdimat müsabiqəsində məktəbimizin komandası sertifikat və hədiyyələrlə təltif olunub

"Qlobal Pul Həftəsi - 2025" çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının təşkil etdiyi "Rəqəmsal dünyada təhlükəsiz ödənişlər: öz məlumatlarımızı və pulumuzu necə qoruyaq?" mövzusunda keçirilən təqdimat müsabiqəsində məktəbimizin komandası fəal iştirak etdiklərinə görə Mərkəzi Bank tərəfindən sertifikat və hədiyyələrlə təltif olunub. Müsabiqənin məqsədi şagirdlərdə maliyyə savadlılığının artırılması və gənclərin maliyyə mövzularına marağının təşviq edilməsidir. Komandanın üzvləri Salami Xədicə, İsayev Cavidan, Abdullazadə Hüseyn və Rəhimli Fərayı təbrik edir, komandanın mentor müəllimləri Soltanova Günay, Səmədov İsfəndiyara təşəkkür edirik.