"Peşələr və seçimlərimiz" mövzusunda sinif tədbirləri keçirilib

İnsan həyatının ən taleyüklü məsələlərindən biri də peşə seçimidir. Bir çox insanlar kortəbii şəkildə yaxud ətrafdakı insanların təhriki ilə müəyyən peşələr seçirlər. Onlar bu sahədə ali təhsil alırlar. Bu sahə üzrə təhsil aldıqdan və ya müəyyən müddət çalışdıqdan sonra peşə seçimində səhvə yol verdikləri qənaətinə gəlirlər. Bu səhvi düzəltmək bir çox hallarda mümkün olmur. İnsan ömrü boyu mənəvi, psixoloji və iqtisadi əziyyət çəkir. Bu istiqmətdə şagirdlərə dəstək vermək məqsədi ilə 125 nömrəli tam orta məktəbdə VIII siniflərdə "Peşələr və seçimlərimiz" mövzusunda sinif tədbirləri aparılıb. Tədbirlərdə məktəbin psixoloqu Həsənova İlhamə peşə seçiminə təsir edən amillər və peşələrin növləri barədə məlumat verib. Peşə seçərkən diqqət vermələri olduqları nüanslar barədə fikir mübadiləsi aparılıb. Sonda şagirdlərin peşəyönümünü müəyyənləşdirmək üçün "Holland" testi keçirilib.