Aprel döyüşləri qəhrəmanlarının xatirəsi anılıb

2016 - cı ilin aprel döyüşlərindən artıq 9 il keçir. Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin foyesində Aprel döyüşləri qəhrəmanlarının xatirəsi anılıb. Məktəbin direktoru Əliyeva Zeynəb çıxışında qeyd etdi ki, torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri bu gün də gənclərimizə örnəkdir. Dörd gün davam edən Aprel döyüşləri Azərbaycan tarixində daha bir şərəfli qələbə kimi yaddaşlarda qalıb. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsini hörmətlə anaraq, 2016 - cı ilin aprel döyüşlərində şəhid olan əsgər və zabitlərimizin, o cümlədən I - II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidlərimizin əbədi xatirəsi önündə baş əyərək onlara layiq cəmiyyət qurmaq yolunda davamlı şəkildə fəaliyyət göstərməliyik. Şəhidlər ölməz, Vətən bölünməz!