"Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" şüarı altında məktəbin VII sinifləri arasında breyn - rinq yarışı keçirilib

Bu il Azərbaycan Ordusunun tarixi zəfəri olan Aprel döyüşlərindən 9 il keçir. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Həmin günlər aparılan döyüşlər müasir tariximizin ən uğurlu hərbi əməliyyatlarındandır. Bununla bağlı 125 nömrəli tam orta məktəbin akt zalında "Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" şüarı altında məktəbin VII sinifləri arasında breyn - rinq yarışı keçirilib. Yarışda iştirak edən şagirdlər müxtəlif sualları, o cümlədən Qarabağ tarixi, Aprel döyüşləri ilə əlaqədar sualları həvəslə, fəallıq nümayiş etdirərək cavablandırıblar. VII A "Alov", VII B "Xarıbülbül", VII C "Zəfər" komandası adı ilə çıxış edərək bilik və bacarıqlarını, dünyagörüşlərini sərgiləyərək, sağlam rəqabət apararaq yarışda fəallıq göstəriblər. Komandalar arasında "Zəfər" birincilik qazanaraq uğura imza atıb. Yarışda iştirak edən bütün komandaları təbrik edirik, çünki fəallıq göstərmək, oxumaq, öyrənmək özü də bir qələbədir.