"Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" mövzusunda dəyirmi masa keçirilib

    Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür. 3 aprel 2025 - ci il tarixində məktəbin tarix fənnini tədris edən Məmmədova Zümrüd müəllimin və VII C sinfin şagirdlərinin iştirakı ilə "Aprel döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" mövzusu ətrafında dəyirmi masa keçirilib. Tədbirin əvvəlində Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə I - II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zümrüd müəllim şagirdlərə onu izah etdi ki, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi - psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər, həmin hadisələrlə bağlı sənədli filmlər nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi