15 sentyabr Bilik Günü

    Yeni 2025-2026-cı tədris ilinin başlanması ilə əlaqədar doğma məktəb öz qapılarını sevimli şagirdlərinin üzünə açdı. 15 sentyabr Bilik Günü səhər sıralarında təntənəli şəkildə qeyd olundu. Dövlət Himni səsləndikdən sonra canlarını torpaqlarımızın bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə məktəbin direktoru Nazilə Məmmədova çıxış edərək məktəb kollektivini təbrik etdi. Məktəbin ötənilki uğurlarından danışan direktor yeni dərs ilində də nailiyyətlərin davamlı olmasını arzu etdi. Nazilə Məmmədova səhər sıraları qarşısında ölkəmizi beynəlxalq yarışda layiqincə təmsil edən məktəbin 11P sinif şagirdi Səmayə Həsənovanı Avropa Gənclər Paralimpiya Oyunlarının qalibi olduğuna görə təşəkknamə ilə təltif etdi.

Bu əlamətdar gündə məktəbə qədəmlərini basan birincilər üçün də ilk dərs günü yaddaqalan oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi