Kiçik Akademiya

Riyazi tapşırıqlar üçün nəzərdə tutulmuş oyunların təqdimatı    Məktəbin "Kiçik Akademiya" üzvləri Nuray Hüseynli, Zərifə Kərimli, Nərmin Məmmədova hazırladıqları riyazi tapşırıqlar üçün nəzərdə tutulmuş oyunları təqdim etdilər. Onlar riyaziyyatdan kəsirlərin bölünməsi, vurulması, toplanması, çıxılması tapşırıqlarını rahat və əlverişli üsulla həll etməyə çalışıblar. Bu üsulla onlar öyrənməni daha rahat və oyun xarakterli təşkil etməyə çalışıblar.

Ətraflı

2023-2024-cü tədris ili üzrə "Kiçik Akademiya"nın iclasıBu gün məktəbdə "Kiçik Akademiya"nın növbəti iclası keçirildi. "Kiçik Akademiya"nın rəhbəri Gülnaz Zeynalova və "Kiçik Akademiya"nın prezidenti 11-ci sinif şagirdi Heybətzadə Rəvan çıxış edərək "Kiçik Akademiya" üzvlərinə məlumat verdilər. "Kiçik Akademiya" üzvləri "Heydər Əliyev ili" ilə əlaqədar olaraq hazırlanmış "Heydər Əliyev parkları" adlı təqdimat nümayiş etdirdilər. Təqdimatda müxtəlif ərazilərdə yaradılmış parklar haqqında məlumat verildi. "Kiçik Akademiya"nın üzvlərinin yeni fikirləri və ideyaları dinlənildi. Məktəbin direktoru Nazilə Məmmədova səslənən fikirlərə münasibət bildirərək öz tövsiyələrini verdi.

Ətraflı

KAHOOT!" PROQRAMI İLƏ MÜSABİQƏ HƏYATA KEÇİRDİ    Məktəbin "Kiçik Akademiya"sı Ümmumilli Lider Heydər Əliyevin 100 illiy Yubileyi münasinətilə "Kahoot!" proqramı ilə müsabiqə həyata keçirdi. Müsabiqə VII siniflər arasında baş tutdu. Qalib gəlmiş komandalar məktəb rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif olundular.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR / 2022-2023  21.02.2023-cü il tarixində məktəb "Kiçik Akademiya"sının növbəti yığıncağı keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Tədbir iştirakçıları "Kiçik Akademiya"nın yeni üzvləri, strukturu və qaydaları ilə tanış oldular. "Kiçik Akademiya"nın aktiv üzvləri və məktəb layihələrində fəal iştirak edən şagirdlər, yarışlarda qalib olmuş şagirdlərin valideynləri məktəb rəhbərliyinin iştirakı ilə təltif olundu.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN İLK LAYİHƏSİ KEÇİRİLDİ / 2022-202310.10.2022 -ci il tarixində cari tədris ili üçün məktəbin "Kiçik Akademiya"nın ilk layihəsi keçirildi. Yaşıl layihə ("Təbiəti qoruyanlar") çərçivəsində ekoloji mövzuda "Kiçik Akademiya"nın üzvlərinin təqdimatları dinlənildi. Bu mövzuda məktəbin 8 Ç sinif şagirdləri Əliyev Güləli, Xalıqova Nailə çıxış edərək hazırladıqları təqdimatları səsləndirdilər. Daha sonra 8 B sinif şagirdi Heybətzadə Zivər alternativ enerji, 10 B sinif şagirdi Heybətzadə Rəvan füzyon enerji haqqında araşdırmalarını təqdim etdilər. Tədbirdə iştirak edən məktəbin direktoru Nazilə Məmmədova şagirdləri maraqlı çıxışlarına görə təbrik etdi və bu mövzuda onu narahat edən məsələlər haqqında fikirlərini bildirərək öz tövsiyələrini verdi.

Ətraflı

"Kiçik Akademiya"nın növbəti iclası keçirilmişdir / 2021-2022Məktəbdə 09.06.2022 tarixində "Kiçik Akademiya"nın növbəti iclası keçirilmişdir. İclasda  şagirdlərin apardıqları araşdırmalar təqdim olundu. Təqdimatda 9 "B" sinif şagirdləri iştirak etdilər. "Alternativ enerji mənbələri", "Fizyon enerji ", "Nüvə silahları ", "Saatlar niyə 10:10 -u göstərir" mövzuları ilə çıxış edən şagirdlər qoyulan hər bir məsələdə  yaranmış problemin həlli istiqamətini göstərməyə  çalışıb nəticələrini  əsadlandırdılar. Təqdimatda iştirak edən məktəb rəhbərliyi tərəfindən şagirdlərin araşdırmaları maraqla qarşılandı, onlar şagirdlərə öz tövsiyələrini verdilər.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN "İXTİRAÇILIQ" ADLI NÖVBƏTİ TƏDBİRİ / 2020-2021  N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın  "İxtiraçılıq"adlı növbəti təqdimatı keçirildi.  "İxtiraçılıq" mövzusu üzərində təşkil olunmuş bu görüşdə ilk öncə "Kiçik Akademiya"nın rəhbəri Gülnaz Zeynalova tərəfindən "İxtiraçılıq" adlı təqdimat nümayiş olundu. "İxtira  nədir? "Necə ixtira  etmək olar?, Bu ixtiralar necə və hansı ehtiyaclardan yaranır?" və s. kimi suallar ətrafında müzakirələr olunub..Sonra isə müxtəlif mövzularda şagirdlər    Heybətzadə Rəvan "Elektrik enerjisi", Hüseynzadə İsa "Rəqəmsal  məntiq ", Xalıqova Rəna "Nyuton qanunları" haqqında  təqdimatlarını nümayiş etdirməklə Akademiyanın yeni üzvlərinə "Kiçik Akademiya"nın mahiyyətini bildirmiş oldular.

Ətraflı

"Kiçik Akademiya"nın növbəti seminarı / 2019-202029.12.2020-cu il tarixdə N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın tədqiqat işləri ilə bağlı növbəti seminarı keçirildi. Seminarda məktəbin direktoru Kamran İsalı, təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizova Xəyalə iştirak etdi. Seminarda iştirak edən şagirdlər tədqiqat işlərini təqdim etdilər. Tədqiqat işləri ingilis dili, fizika,biologiya, kimya fənlərini əhatə edirdi. 1. Heybətzadə Rəvan – 7 “B” – “Alternativ və bərpa olunan enerji” 2. Mahmudova Fatimə – 7 “B” – “Əvəzləyici qüvvə” 3. Mahmudlu Fidan – 7 “B” – “Azərbaycanın flora və faunası” 4. Xalıqova Rəna – 7 “B” – “Atom” 5. Əhmədova Gülqayıd – 7 “B” – “Both Countable and Uncountable Nouns” 6. Mahmudova Aysel – 7 “B” – “Differens between suffixes” 7. Tağıyeva Günel – 7 “B” – “Words that are both a verb and a noun” 8. Əmirova Aytac – 10 “B” – “Plastik dünya” 9. Əzimzadə Fidan – 9 “A”, Əzimzadə Aydan – 10 “B” – “Səs-küy çirklənməsi” 10. Zeynalov Əli – 9 “A” – Alternativ enerji mənbələri"

Ətraflı

"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsi / 2019-202003.12.2019-cu il tarixdə 120 nömrəli tam məktəbdə "Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsi keçirildi. Müsabiqə məktəbin 8-10-cu sinif şagirdləri arasında keçirildi. Müsabiqədə şagirdlər onlara təqdim olnunan mövzular üzrə hazırladıqları təqdimatları və araşdırmaları nümayiş etdirdilər. Müsabiqədə münsif heyəti kimi "Kiçik Akademiya"nın rəhbəri Z.Gülnaz, metodbirləşmə rəhbərləri Ə.Zümrüd, İ.Sevda, Q.Xanım, M.Təranə, Ə.Gövhər, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ə.Xəyalə və İ.Fərid iştirak edirdi. Məktəbdaxili keçirilən bu müsabiqədə münsiflər tərəfindən yalnız bir şagirdin işi seçilərək II mərhələyə təqdim olundu. Müsabiqədə iştirak edən şagirdlər. 1) Əlizadə Aydan – 10 "B" - “Səs küy çirklənməsi” 2) Məmmədova Dilarə - 9 "A" – “Azərbaycanın biomüxtəlifliyi” 3) Məmmədzadə Rəşad – 8 "B" – “Plastik qablaşdırmada tullantıların ətraf mühitə mənfi təsiri” 4) Atakişiyev Rəşid – 8 "B" – “Məktəb ekologiyası” 5) Yunusov Nicat – 9 "C" – “Plastik qablaşdırmada tullantıların ətraf mühitə mənfi təsiri” 6) Çinani İlkin – 8 "B" - “Məktəb ekologiyası” 7) Zeynalov Əli – 9 "A" – “Alternativ enerji mənbələri” 8) Əmirov Baba – 10 "B" – “Plastik qablaşdırmada tullantıların ətraf mühitə mənfi təsiri” 9) Əmirova Aytac – 9 "B" – “Plastik qablaşdırmada tullantıların ətraf mühitə mənfi təsiri” 10) Əliyeva İzzətxanım – 9 "B" – “Ekalogiya və iqtisadiyyat” 11) Əliyev İsmayıl – 8 "A" – “Cəmiyyət və təbiət arasında qarşılıqlı əlaqə” 12) Əliyev Hüseyn – 8 "A" – “Cəmiyyət və təbiət arasında qarşılıqlı əlaqə” 13) Cəfərova Nilufər – 8 "A" – “Biomüxtəliflik”

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN İLLİK HESABAT İCLASI / 2019-cu il10.06.2019 -cu il tarixdə 120 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın hesabat iclası keçirilmişdir. İclasda yaradıcılığa, elmi tədqiqat işlərinə meyl, maraq göstərən kiçik akademiyanın üzvləri, müəllimlər, məktəb rəhbərliyi iştirak etmişdilər. Tağızadə Günel 6 b sinif şagirdi - "The different words in the Uk and the USA" Heybətzadə Rəvan 6 b - "Elektrik maşınları" Şükürov Şükür 7b - "Böyük partlayış" Əhmədova Gülqayıt 6 b - "Stress in names of months" Məmmədova Dilarə 8a - "Hidrosfer" haqqında öz araşdırmalarını təqdim etdilər.

Ətraflı

Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” barədə ümumi məlumatN.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2019-ci il tarixdən fəaliyyətə başlayıb. Akademiyanın yaradılmasında əsas məqsədimiz şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq əsas hədəflərimizdəndir. “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölməsində Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. "Kiçik Akademiya"nın tərkibi aşağıdakı kimidir: Prezident - Əmirov Mehdi (9B) I vitse prezident – Quluzadə Kənan (9B) II vitse prezident – Ağazadə Natiq (10B) Kafedra rəhbərləri: Fizika kafedrası – Məmmədova Dilarə (9a) Coğrafiya kafedrası – Əliyeva Röya (8b) Riyaziyyat kafedrası – Əliyev Hüseyn (8a) Informatika kafedrası – Mirzəzadə Kamil (9b) Kimya\biologiya kafedrası – Əmirov Rəşad (6d) Ingilis dili kafedrası – Əhmədova Gülqayıt (7b)

Ətraflı
HAQQIMIZDA

     Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin əsas...

BİZİM FƏXRLƏRİMİZ

Aysu Hüseynzadə Vüqar

Əminə Əsgərova Balababa qızı

HAQQIMIZDA

     Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin əsas...

BİZİM FƏXRLƏRİMİZ

Aysu Hüseynzadə Vüqar

Əminə Əsgərova Balababa qızı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi