HAQQIMIZDA

     Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin əsası 1924-cü ildə kənd camaatının əməyi ilə inşa olunmuş binada qoyulmuşdur. Bir neçə siniflə fəaliyyətə başlamış məktəb sonradan şagirdlərin sayının artması ilə əlaqədar əvvəlcə 2 növbədə, sonra isə 3 növbədə fəaliyyət göstərmişdir. Yaranmış vəziyyət nəzərə alınaraq 1960-cı ildə məktəbin 480 yerlik yeni binası tikilmiş və 1961-ci ildə məktəb həmin binaya köçürülmüşdür. Məktəb 1999-cu ildən məktəbin məzunu 20 Yanvar şəhidi Nüsrət Yaqubovun adını daşıyır.  2012-ci ildə həmin bina Heydər Əliyev Fondu tərərfindən əsaslı təmir olundu, əlavə 36 otaqdan ibarət 3 mərtəbəli tədris korpusu, 172 yerlik akt zalı, müasir tələblərə cavab verən idman zalı, 96 tamaşaçı yeri olan stadion, voleybol, basketbol və idman meydançaları yaradıldı. Məktəbin 480 yerlik şagird tutumu genişləndirilərək 1404 yer ilə əvəz olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi